Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-384/2023 03.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhəmməd Xiyabani küçəsi ev 194,196,198,200, mənzil 186-da qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdehlər Cavabdeh yaşadığı yer üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh yaşadığı yer üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-384/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-384/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver