Məhkəmə qərarları › İş №e-2(046)-43/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-43/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-43/2023 15.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, iddiaçı AtaBank ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO AtaBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 kredit müqaviləsi üzrə 7214.86 manat əsas kredit borcunu, 1475.93 manat faiz borcunu, 333.86 manat cərimə borcunu, cəmi 9024.65 manat kredit borcunun 110.65manat dövlət rüsumunun tutulması, bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh5 və Cavabdeh4 məxsus ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh5 və Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən 1 ay müddətinə çıxarılmaları, həmin fərdi yaşayış boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə LPO AtaBank ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinix xahiş etmişdir. İş üzrə LPO AtaBank ASC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə AtaBank ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh4 illik 24% olmaqla 48 ay müddətinə 11000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ilə xx.xx.2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehlər Cavabdeh4 və Cavabdeh5 özlərinə məxsus ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. Cavabdeh4 banka cəmi 9024.65 manat borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 manat və bildirişlərin qeydə alınması üçün 30 dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh5 iddianı qismən qəbul edərək göstərmişdir ki, AtaBank ASC ilə digər Cavabdeh4 kredit müqaviləsi bağlayaraq kredit götürmüş, müqavilənin təminatı kimi onunla və Cavabdeh4 ilə ipoteka müqaviləsi bağlanmışdır. Maddi imkanları olmadığından kredit borcunu ödəyə bilməmişlər. kredit borcunu hissə-hissə ödəyəcəklər. Bundan başqa tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh4 arasında illi 24% olmaqla 48 ay müddətinə 11.000 manat manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 və Cavabdeh5 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdehlər mülkiyyətlərində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh5 və Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçı LPO AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi AtaBank ASC ilə Cavabdeh4 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə cəmi kredit borcunu iddiaçıya qaytarmadığına görə, AtaBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh5 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsini, fərdi yaşayış evinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. LAZUR-A MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki Cavabdeh5 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 85.000 manat likvid 80.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmə hesab edir ki, iddiaçı LPO AtaBank ASC -nin cavabdehdən kredit müqaviləsi üzrə 333.86 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 33.86 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 110.65 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 110.65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh5 və Cavabdeh4nın mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlərərin həmin evdən çıxarılması, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 kredit müqaviləsi üzrə 7214.86 manat əsas borcu, 1475.93 manat faiz borcu, 33.86 manat cərimə borcu olmaqla cəmi 8724.65 manat kredit borcu, ödənilmiş 110.65 manat dövlət rüsumu tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh4 kredit müqaviləsi üzrə 7214.86 manat əsas borcu, 1475.93 manat faiz borcu, 33.86 manat cərimə borcu olmaqla cəmi 8724.65 manat kredit borcu və 110.65 manat dövlət rüsumu tutularaq LPo AtaBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh4nın mülkiyyətində olan ünvan 1 ünvanda 0.0320 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 60.4 kv.m köməkçi, 191.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldisin, fərdi yaşayış evi açıq hərracına satılsın. Əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar