Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-459/2024 06.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elman oğlu ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh Elman oğlundan, X2, X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 2943 manat 43 qəpik məbləğində krеdit bоrcu, 346 manat 28 qəpik məbləğində faiz bоrcu və 619 manat 05 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar həlli ilə əlaqədar iddia ərizəsinin geri qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı QSCnin nümayəndəsi X3 iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-nə qaytarılsın (qəbzin nömrəsi: **********). Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-459/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-459/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver