Məhkəmə qərarları › İş №e-2(046)-479/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-479/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-479/2021 09.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh "xxxx" MMC-yə qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 365 manat əsas borc, 109 manat cərimə borcu olmaqla, cəmi 474 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə aralarında bağlanmış 24.12.2019-cu il tarixli nisyə-alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 24.12.2019-cu il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 399 manat dəyərində Samsung A207 markalı mobil telefonu cavabdehə satmış, cavabdeh isə 12 ay müddətinə hər ay 34 manat ödəniş etməklə öz öhdəsinə götrürmüşdür. Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş etməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdirBuna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddianı belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə 24.12.2019-cu il tarixdə (nisiyə) alqı-satqı müqaviləsi bağlayaraq “Samsung A207” markalı mobil telefon almışdır. Həmin telefon “on doqquz” gün müddətində istifadə edildikdən sonra heç bir səbəb olmadan mobil telefonun zəng dinamikasında (çıxış giriş), mahnı dinamikasının özündə və ümumiyyətlə sözügedən telefonda səslə bağlı problemlər yaranmağa başlamışdır. Yaranmış problemlə bağlı "xxxx" MMC-yə müraciət etmiş, "xxxx" MMC-nin əməkdaşları “Samsung A207” markalı telefonu yoxladıqdan sonra məlum olundu ki, həqiqətəndə telefonun istismarında nöksanlar var. Sözügedən telefon "xxxx" MMC-nin əməkdaşları tərəfindən yerində həll olunmadığı üçün bu barədə qeyd yazılaraq, telefonda yaranmış nasazlığın aradan qaldırılması üçün “Samsung” servisə göndərilmişdir. Bir ay müddət keçdikdən sonra sözügedən telefonla bağlı ona heç bir məlumat verilmədiyi üçün "xxxx" MMC-nin əlaqə nömrələri ilə dəfələrlə əlaqə saxlamış, 2 aydan sonra ona cavab göndərildiki ki, “Samsung A207” markalı mobil telefonun səs dinamikasına tərfindən maye qəbul edildiyi üçün mobil telefon təmir edilməlidir. Bunun üçün 61 manat "xxxx" MMC-yə xidmət pulu ödəməli olduğunu bildirdilər. Bu barədə öz iradını bildirərək qeyd edilənlərin heç biri ilə razılaşmamışdır. Nəticədə "xxxx" MMC ilə aralarında mübahisə yarandığından və qanunla müəyyənləşdirilmiş qaydada satıcı kimi üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirmədikləri üçün ödənişdən imtina etmişdir. Qeyd etmək istəyir ki, “Samsung A207” markalı mobil telefonun “Samsung servisədə” yoxlanılması və rəy verilməsi iştirakı olmadan keçirilmişdir. Halbuki sözügedən mobil telefonun “Samsung Servis” tərəfindən yoxlanıldıqda, iştirakım təmin olunmalı və yoxlandıqdan sonra bu barədə akt tərtib edilərək rəy verilməlidir. Görndüyü kimi bu qaydaların heç birinə əməl edilməmişdir. "xxxx" MMC tərəfindən satılmış mobil telefon yararsız olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq mobil telefonun yenisi ilə əvəz olunması və yaxuda həmin telefonun dəyərinin azaldılaraq (yarı qiymətində) ödəniş olunması barədə şifahi müraciət etsəm də, nəticəsi olmamışdır. Buna görə də "xxxx" MMC ilə aralarında bağlanmış 24.12.2019-cu il tarixli nisyə-alqı-satqı müqaviləsinin ləğv edilməsin xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 24.12.2019-cu il tarixli nisyə satış müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, Cavabdeh 12 ay müddətinə, 399 manat məbləğində bir ədəd Samsung A207 markalı mobil telefonu satılmışdır. Məhkəməyə təqdim 15.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun "xxxx" MMC-yə 365 manat əsas, 109 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, cavabdehə 365 manat məbləğində bir ədəd Samsung A207 markalı mobil telefon satılmışdır. Cavabdeh "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu malın dəyərini müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə baxışı "xxxx" MMC ilə aralarında bağlanmış 24.12.2019-cu il tarixli nisyəalqı-satqı müqaviləsinin ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, qaşlıqlı iddia təmin edilməməlidir. Buna başqa Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə 109 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 1 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 365 manat əsas borcu, 01 manat cərimə borcu olmaqla, cəmi 366 manat borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına keçirilməli, qarşılıqlı iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin İddia qismən təmin edilsin. Cavabdeh 365 manat əsas borcu, 01 manat cərimə borcu olmaqla, cəmi 366 manat borcu və 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar