Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-494/2025 19.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 1255.55 manat əsas borc, 48.95 manat faiz borcu olmaqla, cəmi 1304.50 manat kredit borcunun, 33.05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Gözəlov Zahid Eyvaz oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli GY-2644 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli GYF-9629 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla illik 1 (bir) faiz dərəcəsi ilə 1.269 (bir min iki yüz altmış doqquz) manat məbləğində kredit verilmişdir. Kredit alan barəsində artıq bir dəfə məhkəməyə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(046)-1736/2024 nömrəli qərardadının surətindən görünür ki, Gözəlov Zahid Eyvaz oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və qeyd olunan səbəbdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Gözəlov Zahid Eyvaz oğluna qarşı “kredit borcunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Ədliyyə Nazirliyin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-xxxx/2184187/2024 nömrəli cavab məktubunun surətindən görünür ki, kredit alanın adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********72 nömrəli cavab məktubunun surətindən görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun adına Göyçay şəhəri, 28 May küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi və 2/4 hissə torpaq sahəsi qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətdədir. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-46-12/2-394/2024 nömrəli cavab məktubunun surətindən görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun ölümündən sonra ünvan 1 ünvanında faktiki yaşayan şəxslər – yoldaşı xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3, oğlu xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh4, oğlu xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 və oğlu xx.xx.2000-ci il təvəllüdlü X1r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təqdim etdiyi arayışlarının surətindən görünür ki, yuxarıda adları qeyd olunan şəxslər məhz həmin ünvanda pasport qeydiyyatındadırlar.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, ... şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitamolunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş mövqeyini nəzərə alaraq hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 kredit alan – mərhum Gözəlov Zahid Eyvaz oğlundan miras qalmış Göyçay şəhəri, 28 May küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə faktiki sahiblik etməklə həmin mirası faktiki qəbul etmiş sayılırlar. Vərəsələr isə öz növbəsində Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbinə əsasən, miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Gözəlov Zahid Eyvaz oğlu arasında 60 ay müddətinə illik 01% ödəmək şərti ilə 1269 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(046)-1736/2024 nömrəli qərardadının surətindən görünür ki, Gözəlov Zahid Eyvaz oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-xx-xx/2184187/2024 nömrəli cavab məktubundan görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********72 nömrəli məktubundan görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun adına Göyçay şəhəri, 28 May küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi və 2/4 hissə torpaq sahəsi qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətdədir. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-46-12/2-394/2024 nömrəli cavab məktubundan görünür ki, Gözəlov Zahid Eyvaz oğlunun ölümündən sonra ünvan 1 ünvanında faktiki yaşayan şəxslər – yoldaşı xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3, oğlu xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh4, oğlu xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2000-ci il təvəllüdlü X1r. Təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" ASC ilə Gözəlov Zahid Eyvaz oğlu arasında illik 01% olmaqla 60 ay müddətinə 1269 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Gözəlov Zahid Eyvaz oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisində mərhum Gözəlov Zahid Eyvaz oğlunun adına vərəsəlik işi açılmamışdır. Mərhumdan miras qalmış Göyçay şəhəri, 28 May küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini və 2/4 hissə torpaq sahəsini hazırki iş üzrə cavabdehlər faktiki idarə edirək qəbul etmişlər və həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cımaddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbuletmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 33.05 manat məbləğində dövlət rüsumu haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 33.05 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 miras əmlakı qəbul etdiyi həddə 1255.55 manat əsas borc, 48.95 manat faiz borcu olmaqla, cəmi 1304.50 manat kredit borcu, 39.01 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 miras əmlakı qəbul etdiyi həddə 1255.55 manat əsas borc, 48.95 manat faiz borcu olmaqla, cəmi 1304.50 manat kredit borcu və 33.05 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-494/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-494/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver