Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-540/2024 24.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1523.08 manat əsas borcun, 194.06 manat cərimə borcunun və ödənilmiş 35.28 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Bəbirova X1 rayonu Şıxalıağalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi BOKT "xxxx" QSC-nin sadələşdirilmiş icraat qaydasında ərizəsi ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 284, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Cəbrayıl rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-540/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-540/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver