Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-556/2025 09.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Cavabdeh1 Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat borcu və ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbinin cavabdeh kimi göstərdiyi Cavabdeh1 aidiyyəti olmadığını və məhkəmədən Cavabdeh2 22.576 manat borcun və ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Cavabdeh2 ilə müxtəlif vaxtlarda maşın və buğda alqı-satqısı edərək iş birliyi qurmuşlar. Sonradan Cavabdeh2 ona ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə borcu yaranmışdır. Yaranmış borc məbləğinə görə Cavabdeh2 ilə arasında mübahisələri olmuşdur. Göycay rayon polis şöbəsinə Cavabdeh2 və borc məsələsinə qarışan dostları barəsində təsirli tədbirlərin görülməsini və Cavabdeh2 tərəfindən ona ödənilməmiş borcun qaytarılması barədə ərizə ilə müraciət etmiş, təhqiqat araşdırması aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən izahatlar alınmış, alınmış izahatlardan məlum olmuşdur ki, alqısatqı nəticəsində Cavabdeh2 ona ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə borcu mövcuddur və həmin borcdan yalnız 2450 manat geri qaytarılmışdır. Göyçay rayon polis şöbəsində aparılan tətqiqat zamanı Cavabdeh2 anası Cavabdeh1 oğlu tərəfindən ödənilməmiş qalan 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat pulu ayda 1000 (bir min) manat olmaqla hər ayın 30-dək ona hissə-hissə geri ödəyəcəyi barədə yazılı iltizam-qəbz verərək razılığa gəlmişlər. Lakin ötən dövür ərzində cavabdehlərdən ödənilməmiş qalan 22.576 (iyirmi iki min beş yüz yermiş altı) manat pulu ödənilməsini onlardan tələb etsə də cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmış, aparılmış söhbətdə cavabdehlər müxtəlif bəhanələr gətirərək onu aldatmış, pulu olan kimi borcu qaytaracaqlarını bildirsələr də, pulu qaytarmaqdan və borcu ödəməkdən qəsdən yayınmışlar. Axır vaxtlar isə etdiyi zənglərinə cavab verməmişlər. Bu səbəbdən etdiyi söhbətlərin heç bir nəticəsi olmamış, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, sözügedən borcun avtomobillərin nisyə-alqısından əmələ gəldiyini bildirmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, İddiaçı bir il bundan qabaq 3000-4000 manat dəyərində olan avtomobili oğluna 16000 manata satmışdır. Cavabdeh2 bir neçə nəfər şəxsə borcu vardır. O bilmir ki, hansı borcu qaytarsın. Daha sonra oğlu Hidayət İddiaçı 7500 manat dəyərində buğda götürmüşdür ki, icarəyə obyekt götürüb orada satacaqdır. Lakin İddiaçı həmin sözügedən malın pulun təcili olaraq qaytarılmasını tələb etmiş, oğlu aldığı malı Bərdə rayon sakininə 6500 manata satıb İddiaçı olan borcunu qaytarmaq istəmişdir. İddiaçı oğlundan tələb etdiyi pulun hamısı faizə verilən puludur. Bu səbəbdən də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halı: İddiaçı ilə Cavabdeh2 arasında müxtəlif vaxtlarda şifahi nisyə alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh2 həmin müqavilələrin icra etməməsi nəticəsində ona ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə borcu yaranmışdır. İddiaçı müraciəti əsasında Göycay rayon polis şöbəsində Cavabdeh2 izahatı alınmış, həmin izahatda İddiaçı 23750 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İş materialları: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh2 ona 25000 manat borcu olduğunu, həmin borcu geri istədikdə Hidayətin dostu Asif adlı şəsin ona zəng edərək ölümlə hədələdiyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə təhqiqata izahat verərək Hidayət adlı şəxsin ona olan 25000 manat borcundan 2450 manat geri ödədiyini, hazırda Cavabdeh2 ona 22576 manat borcu olduğunu, Asif adlı şəxs tərəfindən hədələnməsi barədə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göyçay rayon polis şöbəsində araşdırılma aparılmış, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 izahatları alınmış, Cavabdeh2 izahatında hazırda İddiaçı ümumilikdə 23750 manat borcu olduğunu, və həmin borcu aylıq 600 manat olmaqla geri qaytaracağını bildirmişdir. Cavabdeh1 izahatında Cavabdeh2 anası olduğunu, Hidayətin Aidə adlı şəxsə 22576 manat borcu olduğunu və həmin borcu özünün geri ödəyəcəyini bildirmişdir. Yazılı formada tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X1 əri Cavabdeh2 İddiaçı olan borcuna şahid və zamin olduğunu və əri ödəməyəcəyi müddətdə o ödəyəcəyini bildirmişdir. Yazılı formada tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh2 anası Cavabdeh1 oğlunun 25000 manat borcunu ayda 1000 manat olmaqla hər ayın 30-dək İddiaçı hissəhissə ödəyəcəyini bildirmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı müraciəti əsasında Göycay rayon polis şöbəsində Cavabdeh2 izahatı alınmış, həmin izahatda o, İddiaçı avtomobillər aldığını və ona 23750 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin bağlanması üçün forma tələbi müəyyən edilməmişdir. Yəni alqı-satqı müqaviləsi əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşməyiblərsə, əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin faktiki hallarından, tərəflərin əqdin icrasına yönəlmiş hərəkətlərindən görünür ki, iddiaçı hissə-hissə ödəmək şərti ilə avtomobilləri alıcının (Cavabdeh2) mülkiyyətinə vermiş, alıcı isə aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 aldığı əşyanın dəyərinin bir qismini ödəməsi də onun əqdi bağlamaq iradəsinin ifadəsidir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 borcun olduğunu etiraf etməsə də, tərəflər arasında müxtəlif vaxtlarda şifahi nisyə alqı-satqı müqavilələrin bağlanması və həmin müqavilələr əsasında alınmış əmlakın əvəzində ümimilikdə 25000 manat məbləğində pulun Cavabdeh2 tərəfindən razılaşdırılmış müddət ərzində qaytarılmadığı sonuncunun Göyçay Rayon Polis Şöbəsinə verdiyi etirafedici izahatından müəyyən olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı iddia tələbi təmin edilməlidir.
Məhkəmə xərcləri:
39. İddiaçı ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutulması tələbini irəli sürmüşdür.
40. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 142 manat dövlət rüsumu ödənilmişdir.
41. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh2 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Hakim: Gülnaz Qurbanova