Məhkəmə qərarları › İş №e-2(046)-568/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-568/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-568/2023 10.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi və Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMCnin xeyrinə (faiz və cərimələrlə birlikdə) 1-ci kredit üzrə 720 manat, 2-ci kredit üzrə 1424 manat borcun, 107 manat əlavə faiz (1072*10%) borcun və ödənilmiş 43 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı MMC iddia ərizəsində tələbini 1-ci kredit üzrə 720 manat, 2-ci kredit üzrə 1424 manat borcun, 107 manat əlavə faiz borcun, yəni cəmi 2251 manat borcun tutulmasını tələb etmiş, lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında cəmi tələb olunacaq məbləğin 2091 manat təşkil etdiyi qeyd edilmişdir ki, bu da verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olnunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Buna görə də məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar İddiaçı MMC tərəfindən verilmiş ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2,284-4.1.3, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına dövlət rüsumu kimi ödənilmiş 43 manat geri qaytarılsın. İddiaçı MMC-nə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar