Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-57/2024 22.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-2769 saylı Kredit Müqaviləsinə əsasən cəmi – 13136 manat 71 (on üç min bir yüz otuz altı manat 71 qəpik) qəpik borcun - bundan 12973 manat 46 (on iki min doqquz yüz yetmiş üç manat 46 qəpik) qəpik əsas, 162 manat 64 (bir yüz altmış iki manat 64 qəpik) qəpik faiz borcunun, 61 (0 manat 61 qəpik) qəpik cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödədiyimiz 129 manat 41 (bir yüz iyirmi doqquz manat 41 qəpik) qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 (qırx beş) qəpik dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 mərtəbəli binanın, 3-ci mərtəbəsində, 47,3 kv.m yaşayış, 19,5 kv.m yardımçı, 66,80 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisəni barışıq sazişi ilə məhkəmədən kənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən onlar aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər. 1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2019-cu il tarixli, GY-2769 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 12673,46 (on iki min altı yüz yetmiş üç manat 46 qəpik) manat əsas, 253,25 (iki yüz əlli üç manat 25 qəpik) manat faiz, 1,09 (bir manat 09 qəpik) manat cərimə olmaqla, ümumilikdə 12927,80 (on iki min doqquz yüz iyirmi yeddi manat 80 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2. Tərəflər razılaşırlar ki, yuxarıda qeyd olunmuş kredit müqaviləsi üzrə ümumi borcdan 500 (beş yüz) manat məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsi cavabdeh tərəfindən təmin olunur. 3. Bu Sazişin 2.2-ci bəndində qeyd olunmuş öhdəlik yerinə yetirildikdən sonra cavabdehin X3 qalıq əsas, faiz və cərimə borcunun, eləcə də iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən ödənilmiş 174,41 (bir yüz yetmiş dörd manat 41 qəpik) manat dövlət rüsumunun bu saziş imzalandığı tarixdən 27 (iyirmi yeddi) ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsi cavabdeh tərəfindən təmin edilir. 4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2ci və 2.3-cü bəndinin şərtlərinin pozulması, güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 5. Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilmiş borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, eləcə də həmin borcun iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 29A ünvanında yerləşən 19 nömrəli mənzilə yönəldilməsini, açıq hərracda satılmasını, satışdan əldə olunan vəsait hesabına bu sazişin 2.1-ci bəndində qeyd edilmiş borcun bağlanılmasını tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və iş üzrə icraata xitam verildikdən sonra bütün məhkəmə məsrəfləri cavabdeh tərəfindən ödəniləcəkdir.Odur ki, barışıq sazişini təsdiq edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək barışıq sazişini qəbul edib, təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqdim olunmuş barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və bununla da iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Hazırki iş üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təqdim etdikləri aşağıda göstərilən barışıq sazişinin şərtləri təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2019-cu il tarixli, GY-2769 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 12673,46 (on iki min altı yüz yetmiş üç manat 46 qəpik) manat əsas, 253,25 (iki yüz əlli üç manat 25 qəpik) manat faiz, 1,09 (bir manat 09 qəpik) manat cərimə olmaqla, ümumilikdə 12927,80 (on iki min doqquz yüz iyirmi yeddi manat 80 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. Tərəflər razılaşırlar ki, yuxarıda qeyd olunmuş kredit müqaviləsi üzrə ümumi borcdan 500 (beş yüz) manat məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsi cavabdeh tərəfindən təmin olunur.
3. Bu Sazişin 2.2-ci bəndində qeyd olunmuş öhdəlik yerinə yetirildikdən sonra Cavabdehin X3 qalıq əsas, faiz və cərimə borcunun, eləcə də iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən ödənilmiş 174,41 (bir yüz yetmiş dörd manat 41 qəpik) manat dövlət rüsumunun bu saziş imzalandığı tarixdən 27 (iyirmi yeddi) ay müddətində bərabər hissələrə bölünməklə tam ödənilməsi cavabdeh tərəfindən təmin edilir.
4. Hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci və 2.3-cü bəndinin şərtlərinin pozulması, güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.
5. Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1-ci bədində göstərilmiş borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, eləcə də həmin borcun iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 29A ünvanında yerləşən 19 nömrəli mənzilə yönəldilməsini, açıq hərracda satılmasını, satışdan əldə olunan vəsait hesabına bu sazişin 2.1-ci bəndində qeyd edilmiş borcun bağlanılmasını tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən və iş üzrə icraata xitam verildikdən sonra bütün məhkəmə məsrəfləri cavabdeh tərəfindən ödəniləcəkdir. Barışıq sazişi könüllü icra olunmadıqda bu barədə çıxarılmış qərardad qanuni qüvvəyə mindikdən sonra tərəflərin müraciətinə əsasən məcburi icra tədbirləri həyata keçirilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə təqdim ediləcəkdir. İş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri Cavabdeh1 aid edilsin. Cavabdeh1 200 manat alınaraq qiymətləndirici "xxxx" MMC-in hesabına köçürülsün. Tərəflərə izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov