Məhkəmə qərarları › İş №e-2(046)-571/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-571/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-571/2025 23.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 1.915,11 (bir min doqquz yüz on beş dollar on bir sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu və iş üzrə ödənilmiş 105.79 (bir yüz beş manat, yetmiş doqquz qəpik) dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda bank tərəfindən xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.926,79 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə cavabdeh (zamin) Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən zamin əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 5.046,08 (beş min qırx altı dollar sıfır səkkiz sent) təşkil edir. Bundan 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 1.915,11 (bir min doqquz yüz on beş dollar on bir sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinə əsasən ona 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 ona zamin durmuşdur. Qeyd edir ki, təhsili və savadı olmadığı üçün kredit müqaviləsini oxumadan imzalamışdır. Sonradan maddi imkanı olmadığı və heç yerdə işləmədiyi üçün borcundan ödənişlər edə bilməmişdir. Bundan başqa bildirir ki, barəsində CM-nin 263-1.1-ci maddəsi ilə ittiham edici hökm çıxarılmış, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən zamin durmuşdur. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən köhnə borc restrukturizasiya edilməklə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.926,79 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş edilmiş kreditin müddəti xx.xx.2022-ci tarixədək təşkil edir. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Cavabdeh1 əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 1.915,11 (bir min doqquz yüz on beş dollar on bir sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu olmaqla, cəmi 5.046,08 (beş min qırx altı dollar sıfır səkkiz sent) borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli, **********02 nömrəli mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 105 manat 79 qəpik məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə Cavabdeh2 xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 1.915,11 (bir min doqquz yüz on beş dollar on bir sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu olmaqla kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 6 (altı) ABŞ dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli müqavilə üzrə 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 6 (altı) dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu borcu olmaqla, cəmi 3.136,97 (üç min yüz otuz altı dollar doxsan yeddi sent) məbləğində pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 105.79 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2015-ci il tarixli müqavilə üzrə 2.273.10 (iki min iki yüz yetmiş üç dollar on sent) əsas, 662.35 (altı yüz altmış iki dollar otuz beş sent) faiz, 6 (altı) dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 195,52 (bir yüz doxsan beş dollar əlli iki sent) faiz borcu borcu olmaqla, cəmi 3.136,97 (üç min yüz otuz altı dollar doxsan yeddi sent) məbləğində pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 105.79 (bir yüz beş manat yetmiş doqquz qəpik) ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar