Məhkəmə qərarları › İş №e-2(046)-587/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-587/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-587/2023 22.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Vəliyev Vüsal Rasim oğlunun katibliyi Cavabdeh nümayəndəsi Nümayəndə2 Müzəffər oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri 60 ay müddətinə 5686 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumnuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5636 manat 50 qəpik əsas borc, 959 manat 18 manat faiz borcu və 18 manat 88 qəpik cərimə borcu olmaqla, ümumilikdə 6614 manat 56 qəpik məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 86 manat 55 qəpiyın tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,təmsil etdiyi şəxs 2021-ci ildə iddiaçıdan 5686 manat məbləğində kredit götürən zaman onların 1050 manat məbləğində aylıq gəliri olmuşdur. Həmin aylıq gəlirlərinə uyğun olaraq bu kredit iddiaçıya verilmişdir. Krediti əlil övladlarının müalicəsi və əvvəlki müalicədən qalan borcları bağlamaq üçün götürmüşlər. Həmin kredit müqaviləsi üzrə hər ay vaxtlı-vaxtında ödənişlər edilmişdir. Lakin pensiya dondurulduqdan sonra həmin ödənişləri edə bilməmişdir. Maddi vəziyyəti yaxşı olduğu təqdirdə ondan tələb olunan kredit borcunu tam ödəyəcəkdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda isə baxmayaraq ki, tərəflər arasında kredit müqaviləsi müəyyən müddətə bağlanmış borc verən müqavilə müddətinin bitməsini gözləmədən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 03 sentyabr 2022-ci il tarixinə 5636 manat 50 qəpik əsas borc, 959 manat 18 manat faiz borcu, 18 manat 88 qəpik cərimə,ümumilikdə 6614 manat 56 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" KB ASC tərəfindən xəbərdar olunmuşdur. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı "xxxx" KB ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 86 manat 15 qəpik məbləğində pul və 40 qəpik xidmət haqqı iddiaçı "xxxx" KB ASC-i tərəfindən ödənilmişdir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 86 manat 15 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan və 40 qəpik xidmət haqqından ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 86 manat 15 qəpik məbləğində pul və 40 qəpik xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5636 manat 50 qəpik əsas borc, 959 manat 18 manat faiz borcu və 18 manat 88 qəpik cərimə olmaqla, ümumilikdə 6614 manat 56 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilsin. Cavabdeh 86 manat 15 qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar