Məhkəmə qərarları › İş №e-2(046)-59/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-59/2025

04.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-59/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə baxışına hazırlığın icraatı zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Məişət Xidməti Kombinatı ərazisində olan Kirayə Məntəqəsindən istifadə etməyə Cavabdeh tərəfindən yaradılmış əsassız maneələrin aradan qaldırılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh ilə Azəbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqı-satqısını ehtiva edən xx.xx.2004cü il tarixli, 987 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin və Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış, 0,0341 ha torpaq sahəsinin alqı-satqısını ehtiva edən xx.xx.2021-ci il tarixli, 403 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən Cavabdeh adına verilən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etdi, iddianın təmin olunması üçün zəruri olan sübutların təqdim olunmasını bildirdi. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddianın təmin olunması üçün zəruri olan sübutların təqdim olunmasını bildirdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, mübahisə predmeti olan kirayə məntəqəsini öz vəsaiti hesabına tikməsinə dair iddiaçının göstərdiklərinin əsası yoxdur. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi 20 ildən artıqdır ki, onun sahibliyində və istifadəsindədir və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin sahəni özəlləşdirmək üçün aidiyyatı orqana müraciət etmiş və xx.xx.2004-cü il tarili 987 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş,nümayəndənin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 10/9813 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-172/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunan torpaq sahəsinin yerquruluşu sxemində təsvir edilən kirayə məntəqəsi, **********77-06301 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,0341 ha torpaq sahəsi ilə və üzərində yerləşən 30,2 kv.metr tikili ilə üst-üstə düşür.Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, məhkəmə baxışına hazırlıq icraatına xitam verilməlidir. Belə ki,«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddsinə görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 29.1-ci maddsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. Hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai idarəetmə sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Qeyd edilən maddənin məzmununa görə hər hansı təsisatın inzibati orqan hesab edilməsi üçün əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatının 5-ci bəndində göstərilmişdir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2017-ci il tarixli 57 nömrəli Qərarı ilə "İnzibati orqanların Təsnifatı"nın V bölməsinə "uyğun olaraq,” sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və” sözləri əlavə edilmişdir. Qeyd edilən qanunvericilik aktlarının tələbinə görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərməklə, hakimiyyət səlahiyyətlərindən istifadə edib ictimai idarəetmə sahəsində fəaliyyət göstərdiyindən o, da inzibati orqan hesab olunur. «Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2025-ci il tarixli qərardadına görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması,müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması,müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi,müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi;müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə Azəbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 987 saylı Müəssisənin (obyektin) alqı-satqı müqavilənin və Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 403 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqavilənin iştirakçısı inzibati orqan olduğundan və müqavilənin predmeti dövlət əmlakı olduğundan, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi və müqavilə tərəflərinin qeyri-bərabərliyi nəzərə alınmaqla mübahisələndirilən müqavilələr inzibati müqavilələrdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri "İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsaən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, mübahisələndirilən Cavabdeh ilə Azəbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 987 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi və Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 403 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi inzibati müqavilələr olduğundan, mübahisəyə inzibati icraat qaydasında baxılmalı,hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə baxışına hazırlıq icraatına xitam edilməli, iddiaçıya məhkəmə aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170,261, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Cavabdeh qarşı Cavabdeh ilə Azəbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 987 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin və Cavabdeh ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 403 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən Cavabdeh adına verilən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatının 100 manat dəyəri İddiaçı alınaraq dövlət nəfinə keçirilsin. Tərəflərə izah olunsun ki,işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar