Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-600/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Nadirov Mahir Eynulla oğlu arasında bağlanmış GY-1852 №-li, 16 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Cavabdeh Nadirov Mahir Eynulla oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 may 2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-cı bəndinə əsasən “Zamin” müqavilənin 1.2. bəndində göstərilən müqavilə üzrə “Borclu”nun “Kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kreditor”a dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.Göyçay rayon notariat ofisi tərəfindən LPO İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 682 nömrəli cavab məktubundan görünür ki, hazırki iş üzrə borclu Nadirov Mahir Eynulla oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş, mərhum Nadirov Mahir Eynulla oğlunun vərəsəsi olan Göyçay şəhəri, 49-cu məhəllədə yaşayan, arvadı Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-735 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasənvərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilən normanın mənasından belə başa düşülür ki, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 02 dekabr 2022-cı il tarixli **********508 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı LPO ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərə və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən üç illik müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, LPO Atabank ASC ilə Nadirov Mahir Eynulla oğlu arasında illik 24 faiz olmaqla 48 ay müddətinə 4300 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə LPO Atabank ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Nadirov Mahir Eynulla oğlunın borc məbləğinə görə LPO Atabank ASC arşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş Göyçay rayon notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 682 nömrəli məktubdan görünür ki, Nadirov Mahir Eynulla oğlu xx.xx.2019cu il tarixdə vəfat etmiş, mərhum Nadirov Mahir Eynulla oğlunun vərəsəsi olan Göyçay şəhəri, 49-cu məhəllədə yaşayan, arvadı Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-735 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı LPO Atabank ASC -nin Cavabdehlər Nadirov Mahir Eynulla oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh Nadirov Mahir Eynulla oğlunun vəfat etməsi ilə əlaqədar xitam verilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə İddiaçı LPO Atabank ASC-nin Cavabdeh2 2533.95 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh Nadirov Mahir Eynulla oğlu ilə İddiaçı LPO ASC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Nadirov Mahir Eynulla oğluna 24 faiz olmaqla 48 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Nadirov Mahir Eynulla oğluna zamin durmuşdur. Nadirov Mahir Eynulla oğlu 30.04.201-cu il tarixdə vəfat etmişdir.Nadirov Mahir Eynulla oğlu vəfat etdikdən sonra Göyçay rayon Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə arvadı hazırki iş üzrə Cavabdeh1 ondan qalan miras əmlakı qəbul etdiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, LPO Atabank ASC cavabdehlər Nadirov Mahir Eynulla oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı LPO Atabank ASC -nin Cavabdehlər Nadirov Mahir Eynulla oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh Nadirov Mahir Eynulla oğlunun vəfat etməsi ilə əlaqədar xitam verilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Atabank ASC-nin Cavabdeh2 2533.95 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməmişdir. LPO Atabank ASC hazırki iddia ərizəsi ilə Cavabdeh1 mərhum əri Nadirov Mahir Eynulla oğlunun kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Nadirov Mahir Eynulla oğlunun 30.4.2019-cu il tarixdə vəfat etdikdən sonra, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vərəsəli hüququnda şəhadətnamənin verilməsini əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. İddiaçının hazırki tələb üzrə iddia tələbi xx.xx.2022-ci il tarixədək olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 45.84 manat dövlət rüsumu İddiaçı LPO ASC-yə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı LPO ASC-nin Cavabdeh1 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. LPO İddiaçı ASC-nin Cavabdeh1 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-600/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-600/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver