Məhkəmə qərarları › İş №e-2(046)-659/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-659/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-659/2022 11.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Optimal Elektronika MMC-nin cavabdehlər Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Optimal Elektronika MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh cəmi 410.90 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Optimal Elektronika MMC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Optimal Elektronika MMC ilə Cavabdeh arasında 07 ay müddətinə 859 manat dəyərində nisyə televizor satılmışdır. Cavabdeh MMC-yə cəmi 410.90 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək Optimal Elektronika MMC ona qarşı kredit müqaviləsi kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə satış müqaviləsi bağlanmış, Cavabdeh 07 ay müddətinə 859 manat dəyərində məişət avadanlığı satılmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi xx.xx.2018-cı il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilə xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı Optimal Elektronika MMC-nin Cavabdeh cəmi 410.90 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Optimal Elektronika MMC-nin Cavabdeh cəmi 410.90 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar