Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-67/2024 11.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliiİbrahim qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-2796 saylı kredit müqaviləsinə əsasən cəmi – 6517 manat 87 qəpik borcun - bundan 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 manat 18 qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh4 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında, 2 mərtəbəli binanın 1 -ci mərtəbəsində, 2 otaqlı, 32 kv.m yaşayış, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli mənzilə yönəldilməsi, əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2 Əliibrahim qızının, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadı ilə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2 Əliibrahim qızının, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi tələbinə dair hissəsinə xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2019- cu il tarixli GY-2796 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2014-cü il tarixli, GYF-9913 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1 (bir) il güzəşt müddəti tətbiq olunmaqla 5 (beş) il müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 6464 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli cıxarışa əsasən Cavabdeh4 (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında, 2 mərtəbəli binanın 1 -ci mərtəbəsində, 2 otaqlı, 32 kv.m yaşayış, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh4 arasında 27 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli cıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********624 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh4 xx.xx.2023-cü il tarixinə LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 6517 manat 87 qəpik təşkil edir ki, bunun da 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik faiz, 21 qəpik borcu təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh4, Cavabdeh2 Əliibrahim qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli, GYF-9913 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 6464 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında, 2 mərtəbəli binanın 1 -ci mərtəbəsində, 2 otaqlı, 32 kv.m yaşayış, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1, 2 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş mənzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1ci mərtəbəsində, 2 otaqlı, 32,0 kv.m yaşayış, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinin 29 yanvar 2024-cü il tarixinə likvid dəyəri 27500 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş 16 mart 2023-cü il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh4 bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə tutmanın ipotekaya yönəldilməsi barədə Cavabdeh4 məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmiş ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh4 göndərilmiş 16 mart 2023-cü il tarixli bildiriş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qeydiyyata alınması üçün 16 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh4 ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 27 fevral 2023-cü il tarixinə 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik faiz, 21 qəpik cərimə olmaqla, cəmi 6517 manat 87 qəpik borclu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 85 manat 18 qəpik məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci mddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli, GY-2796 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 6464 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 27 dekabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh4 öhdəliyin icrasının təminatı kimi ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32 kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh4 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh4 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik faiz, 21 qəpik cərimə olmaqla, cəmi 6517 manat 87 qəpik pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi ilə ödənilməsini tələb etdiyindən, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh4 tutulmalıdır. Cavabdeh4 məxsus ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirilmə hesabatına görə 27500 manat qiymətləndirlmişdir. Məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 27500 manat məbləğində müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 85 manat 18 qəpik və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat pul Cavabdeh4 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Cavabdeh4 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 200 manat alınaraq "xxxx" MMC-nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik faiz, 21 qəpik cərimə olmaqla, cəmi 6517 manat 87 qəpik, dövlət rüsumu üçün ödənilmiş 85 manat 18 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli, tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 27500 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh4 tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 6432 manat 02 qəpik əsas, 85 manat 64 qəpik faiz, 21 qəpik cərimə olmaqla, cəmi 6517 manat 87 qəpik məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Tutma ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinə yönəldilməklə, həmin əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan ünvan 2 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 2 otaqlı, 32kv.m yaşayış sahəsi, 26,9 kv.m yardımçı, 58,9 kv.m ümumi sahədən ibarət, 2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 27500 manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh4 tutulsun. Cavabdeh4 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 manat 18 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh4 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 200 manat alınaraq "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddiaya Göyçay Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-67/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-67/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver