Məhkəmə qərarları › İş №e-2(046)-671/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-671/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-671/2023 26.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3,Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 3608 manat 31 qəpik əsas kredit borcunun, ödənilmiş 56 manat 10 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə qanuni nümayəndəsi –anası Qanuni nümayəndə vasitəsi ilə 3608 manat 31 qəpik əsas kredit borcunun, ödənilmiş 56 manat 10 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC -nin “Göyçay” filialı ilə X4 arasında bağlanmış 0348/K nömrəli, xx.xx.2021-cİ il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5400 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 683 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın “Göyçay” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə banka 3608 manat 31 qəpik əsas borcu olmaqla, cəmi 3608 manat 31 qəpik kredit borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 0348/K nömrəli, xx.xx.2021-cİ il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Naibə Mustafayevaya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5400 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və o, miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. İddiaçıya olan kredit borcu hissə-hissə ödəniləcək. Tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında illik 22 faiz olmaqla 36 ay müddətinə 5400 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə 3608 manat 31 qəpik əsas kredit borcu borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 683 saylı məktubundan görünür ki, X3 vəfatından sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, X3 vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsi barədə ərizəni Cavabdeh3 və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə vərəsələr Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 56 manat 10 qəpik və xidmət haqqı üçün 40 qəpik məbləğində pul iddiaçı "xxxx" tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" ASC ilə X4 arasında illik 22 faiz olmaqla 36 ay müddətinə 5400 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qalmış əmlakı qəbul etmişlər və bu barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qalmış əmlakı qəbul etdiyindən borcun ödənilməsi üçün qəbul edilmiş miras əmlaka münasibətdə birgə məsuliyyət daşıyırlar. X3 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsələr tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən,X1nın vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsələr birgə borclu qismində hər birinin payına mütənasib surətdə miras qoyanın borclarını tam ödəməlidirlər.Ona görə də cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Qanuni nümayəndə vasitəsi ilə Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdırlar. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 56 manat 10 qəpik və xidmət haqqı üçün ödənilmiş 40 qəpik məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə Qanuni nümayəndə vasitəsi ilə müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Qanuni nümayəndə vasitəsi ilə 3608 manat 31 qəpik əsas borc tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə Qanuni nümayəndə vasitəsi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 3608 manat 31 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə Qanuni nümayəndə vasitəsi ilə 56 manat 10 qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar