Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-701/2023 26.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12628 manat 99 qəpik maddi ziyan və ödənilmiş 133 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12761 manat 99 qəpik (on iki min yeddi yüz altmış bir manat doxsan doqquz qəpik) məbləğində pulun alınaraq İddiaçı MMC -nə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçınə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. İşçi işə qəbul edilərkən onunla əmək müqaviləsindən əlavə olaraq X1 haqqında müqavilə bağlanmışdır. Cavabdeh fəaliyyət göstərdiyi ərazidə olan satış nöqtələrinə SN-nin nümayəndələrinin, auditin və TN-nin özünün iştirakı ilə 04-08 aprel 2022-cı ıl tarixində təhvil-təslim aparılmışdır. Təhvil-təslim nəticəsində 12628 manat 99 qəpik məbləğində kəsr məbləğ müəyyən edilmişdir. Məlum olmuşdur ki, qeyd olunan məbləğ Cavabdeh tərəfindən satış nöqtələrinin səlahiyyətli şəxslərindən cəmiyyətin kassasına ödənilməsı adı ilə alınmış və TN tərəfindən kassaya ödənilməmişdir. Cavabdeh 12628 manat 99 qəpik məbləğində pulu oz şəxsi məqsədləri üçün istifadə etmişdir. Cavabdeh ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Cəmiyyətə borclu olduğu məbləğin ödənilməsi ilə bağlı Cavabdeh dəfərlərlə müraciət edilsə də ödəniş etməkdən yayınır. Bununla bağlı Cavabdeh xx.xx.2022-ci 11 tarixdə pretenziya məktubu göndərilmişdir. Cavabdeh İddiaçı MMC-nə olan borcu könüllü şəkildə ödəməkdən yayındığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar İddiaya etiraz: Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianı qəbul etdiyini, 12628 manat məbləğində ziyan olduğunu etiraf etmiş və iddiaçının iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşləri ilə əlaqədar Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,cavabdehin etirafını nəzərə alıb,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə sürücü yanında köməkçi fəhlə qismində işə qəbul edilmişdir. İşə əlavə edilmiş “X1” haqqında xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul şəxsdir. İşə əlavə edilmiş üzləşdirmə zamanı aşkarlanan əksikgəlmə barədə aktlardan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixdə 838 manat 61 qəpik, xx.xx.2022-ci il tarixdə 3 manat 13 qəpik, xx.xx.2022-ci il tarixdə 218 manat 20 qəpik, xx.xx.2022-ci il tarixdə 178 manat 02 qəpik, xx.xx.2022-ci il tarixdə 107 manat 88 qəpik, xx.xx.2022-ci il tarixdə 184 manat 19 qəpik, xx.xx.2022-ci il tarixdə 107 manat 87 qəpik, xx.xx.2022-ci il tarixdə 95 manat 69 qəpik, xx.xx.2022-ci il tarixdə 107 manat 86 qəpik, xx.xx.2022-ci il tarixdə 326 manat 50 qəpik, xx.xx.2022-ci il tarixdə 669 manat 45 qəpik, xx.xx.2022-ci il tarixdə 65 manat 26 qəpik, xx.xx.2022-ci il tarixdə 178 manat 70 qəpik, xx.xx.2022-ci il tarixdə 140 manat 26 qəpik, xx.xx.2022-ci il tarixdə 958 manat 96 qəpik, xx.xx.2022-ci il tarixdə 1156 manat 04 qəpik,xx.xx.2022-ci il tarixdə 3822 manat 99 qəpik, xx.xx.2022-ci il tarixdə 81 manat 63 qəpik, xx.xx.2022-ci il tarixdə 168 manat 44 qəpik, xx.xx.2022-ci il tarixdə 232 manat 95 qəpik, xx.xx.2022-ci il tarixdə 29 manat 80 qəpik, xx.xx.2022-ci il tarixdə 584 manat 71 qəpik, xx.xx.2022-ci il tarixdə 44 manat 98 qəpik, xx.xx.2022-ci il tarixdə 128 manat, xx.xx.2022-ci il tarixdə 97 manat 76 qəpik, xx.xx.2022-ci il tarixdə 16 manat 07 qəpik, xx.xx.2022-ci il tarixdə 1364 manat 37 qəpik, xx.xx.2022-ci il tarixdə 117 manat 72 qəpik, xx.xx.2022-ci il tarixdə 266 manat 91 qəpik, xx.xx.2022-ci il tarixdə 266 manat 91 qəpik çatışmazlıq müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 12628 manat 90 qəpik məbləğində pulun 10 iş günü müddətində İddiaçı MMC-nə ğdənilməsi tələb edilmiş və əks təqdirdə məhkəmə müraciət edilməsi göstərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi,iddia tələbinin dəyişdirilməsi,cavabdehin iddianı etiraf etməsi,mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razhılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı,cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə,iddianın dəyişdirilməsi,cavabdehin iddianı etiraf etməsi,mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi,bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan,məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-i ilə əmək münasibətlərində olaraq sürücü yanında köməkçi fəhlə qismində işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən ona etibar edilmiş malları qəbul etmiş, həmin malların pulunu İddiaçı MMC-nə təhvil verməli olduğu halda,bunu etməyərək işəgötürənə maddi ziyan vurmuş,maddi ziyan tərtib edilmiş aktlarla 12628 manat 99 qəpik məbləğində müəyyən olunmuş,cavabdeh iddianı etiraf etməsi barədə yazılı ərizə vermişdir. Məhkəmə hesab edir ki,cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli,iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 12628 manat 99 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 133 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 12628 manat 99 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Cavabdeh 133 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMCnə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-701/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-701/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver