Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-72/2024 06.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3229 manat 09 qəpik əsas borc və 19 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 3248 manat 92 qəpik və bundan başqa bərpa olunan kredit limiti üzrə 261 manat 34 qəpik əsas borc və 27 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 288 manat 36 qəpik məbləğində kredit borcunun, ödənilmiş 55 manat 18 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********44 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3229 manat 09 qəpik əsas borc və 19 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 3248 manat 92 qəpik və bundan başqa bərpa olunan kredit limiti üzrə 261 manat 34 qəpik əsas borc və 27 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 288 manat 36 qəpik məbləğində kredit borcunun, ödənilmiş 55 manat 18 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə cavabdeh X9 arasında bağlanmış BPM**********44 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X6 48 ay müddətinə illik 18 faiz olmaqla 4680 (dörd min altı yüz səksən) manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 (beş yüz) manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X1 xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 381 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X5 vəfat etdiyi tarixə BPM**********44 nömrəli, xx.xx.2020ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3229 manat 09 qəpik əsas borc və 19 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 3248 manat 92 qəpik və bundan başqa bərpa olunan kredit limiti üzrə 261 manat 34 qəpik əsas borc və 27 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 288 manat 36 qəpik məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh və X7 məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə X9 arasında illik 18 faiz olmaqla 48 ay müddətinə 4680 manat məbləğində kredit və 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X5 "xxxx" ASC-yə cəmi 3537 manat 28 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş torpağın "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirilmə hesabatından görünür ki, X6 məxsus Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən 1,15 ha kənd təsərrüfatlı torpaq sahəsinin 29 yanvar 2024-cü il tarixinə likvid dəyəri 13800 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Göyçay rayon notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, X5 vəfatından sonra X3 miras qalmış əmlakın qəbul edilməsinə dair cavabdehlər Cavabdeh və X8 ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişlər. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsələri Cavabdeh və X8 miras əmlakdan hər birinə ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Göyçay rayon Qaraməryəm kəndində yerləşən 1,15 ha torpaq sahəsindən ibarətdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X5 adına olan kredit müqaviləsi üzrə vərəsə Cavabdeh öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 55 manat 18 qəpik və 40 qəpik xidmət haqqı məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" ASC ilə X9 arasında xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə X9 arasında illik 18 faiz olmaqla 48 ay müddətinə 4680 manat məbləğində kredit və 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X5 vəfatından sonra Cavabdeh və X8 miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmişlər,mirası qəbul etmişlər. Cavabdeh və X8 miras əmlakı qəbul etdiyindən miras qoyan X5 iddiaçı "xxxx" ASC-i qarşısında kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasını təmin etməyə hər birinin payına mütənasib surətdə birgə borcludurlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X9 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsələr cavabdehlər Cavabdeh və X8 miras qoyanın borclarını tam ödəməlidirlər.Məhkəmə nəzərə alır ki,borcun tutulması tələbi miras əmlakın dəyəri həddindən artıq olmayan məbləğindədir.Ona görə də cavabdehlər Cavabdeh və X8 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə X5 yaranmış borcunu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdırlar. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 55 manat 18 qəpik və xidmət haqqı üçün ödənilmiş 40 qəpik məbləğində pul cavabdehlər Cavabdeh və X2 tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Cavabdehlər Cavabdeh və X2 qiymətləndiricinin xidmət haqqı 200 manat alınaraq "xxxx" MMC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X2 xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3229 manat 09 qəpik əsas borc və 19 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 3248 manat 92 qəpik və bundan başqa bərpa olunan kredit limiti üzrə 261 manat 34 qəpik əsas borc və 27 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 288 manat 36 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 3229 manat 09 qəpik əsas borc və 19 manat 83 qəpik faiz borcu olmaqla, cəmi 3248 manat 92 qəpik və bərpa olunan kredit limiti üzrə 261 manat 34 qəpik əsas borc və 27 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 288 manat 36 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdehlər Cavabdeh və X2 55 manat 18 qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdehlər Cavabdeh və X2 əmlakın qiymətləndirilməsinin xidmət haqqı 200 manat alınaraq "xxxx" MMC-nə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-72/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-72/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver