Məhkəmə qərarları › İş №e-2(046)-727/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-727/2023

26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-727/2023 26.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh X4 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 3500 manat pul vəsaitinin və ödənilmiş 55 manat dövlət rüsumunun cavabdeh X2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Göyçay şəhəri X10 küçəsi ev 7 A mənzil 7 ünvanda ailəsi ilə birlikdə yaşayır, yaşadığı mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətindədir. Cavabdeh yaşadığı mənzilin ikinci mərtəbəsində özünə məxsus mənzildə yaşayır. xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı mənzildən onun yaşadığı və mülkiyyətində olan mənzilə su sızmış, su sızması xx.xx.2022-ci il tarixdən (Göyçay MİS-ə müraciət edən günədək) xx.xx.2022-ci il tarixədək davam etmiş, mənzilin konstruktiv elementləri (tavanı) su sızma nəticəsində yarasız hala düşmüş, bununla yanaşı su sızma nəticəsində mənzilin yataq otağının, dəhlizin, mətbəxin və sanitar qovşağın tavanında və divarlarının müəyyən hissəsində qüsurlar əmələ gəlmiş və nəticədə yaşadığı və mülkiyyətində olan mənzilə 3500 manat məbləğində maddi zərər dəymişdir. Müraciətinə əsasən Göyçay Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilə baxış keçirilmiş, baxış zamanı suyun Cavabdeh məxsus ev 7 A, mənzil 9-saylı mənzildən sızması müəyyən edilmişdir. Bu barədə Cavabdeh iradını bildirsə də, cavabdeh ona dəyən ziyanı aradan qaldırmaq əvəzinə, “lap yaxşı olub, get hara şikayət edirsən et” deyərək, qərəzli mövqe nümayiş etdirmişlər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və göstərdi ki, mənzilinə dəymiş ziyan ekspertin rəyindən daha yüksəkdir. Buna görə də iddianın təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 iddianı qismən qəbul etdi və göstərdi ki, mülkiyyətində olmuş mənzildən, iddiaçının yaşadığı mənzilə su sızmasına görə ziyan dəymişdir. Həmin ziyan ekspert tərəfindən hesablanmışdır. Ekspert rəyində ziyanla bağlı qeyd edilmiş məbləği qəbul edir və həmin məbləği iddiaçıya ödəməyə razıdır. Cavabdeh X4 nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul etdi və cavabdehin verdiyi izahata uyğun izahat verdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.m. olan 1-ci mərtəbədə yerləşən mənzil İddiaçı adına xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 82.10 kv.m mənzil cavabdeh X4 adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 82.10 kv.m mənzili X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2964 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.m. olan 1 -ci mərtəbədə yerləşən mənzilin divarlarında və tavanında olan qüsarları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin Göyçay rayon Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 85 saylı məktubunu nəzərə alaraq, 7 saylı mənzilə 9 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 9 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan və təzə təmir edildiyindən su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 7 saylı mənzilə su sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 7 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1520 manat məbləğində müyyən olunur.Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri X10 küçəsi ev 7 A, 7 saylı mənzilə cavabdeh X5 məxsus olmuş 3-cü mərtəbədə yerləşən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 82.10 kv.m mənzildən su axıdılması nəticəsində maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 3500 manat tələb edir. Lakin ekspert rəyinə əsasən qeyd olunan mənzilə 1520 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməli iddia tələbi, ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması halı baş vermiş, nəticədə iddiaçının mənzilinə 1520 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz cavabdeh X4 mənzilində kanalizasiya xəttinin yarasız olması nəticəsində dəymişdir. Bu səbəbdən, vurulmuş zərər məhz ondan tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1520 manat və ödənilmiş 55 manat dövlət rüsumunun iddia təmin edildiyi həddində, yəni 35.20 manatı cavabdeh X2 İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ccavabdeh X2 1520 manat və ödənilmiş 35.20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar