Məhkəmə qərarları › İş №e-2(046)-737/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-737/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-737/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh X3 xx.xx.2019-ci il tarixli Rest№ 003CASA193450028 saylı güzəştli kredit müqaviləsinə əsasən 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 4931 manat 29 qəpik məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə 003FİZAM03135201 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3893 manat 39 qəpik məbləğində əsas kredit borcunun, 37 manat 17 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 43 manat 12 qəpik kredit müqaviləsi üzrə hesablanmış penya olmaqla, cəmi 3973 manat 68 qəpik məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 59 manat 74 qəpik tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh X4 bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər X3 və Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduqları yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş cavabdeh X3 və xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh2 çatdırılmışdır. Cavabdeh X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının ondan tələb etdiyi məbləğlə razı olmadığını səbəb kimi göstərmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Lakin cavabdeh X4 ərizədə göstərdiyi xüsusatlara dair heç bir sübut əlavə etməmişdir. İş üzrə digər Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixinə 3893 manat 39 qəpik məbləğində əsas kredit borcunun, 37 manat 17 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 43 manat 12 qəpik kredit müqaviləsi üzrə hesablanmış penya olmaqla, cəmi 3973 manat 68 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-i ilə cavabdehlər X4 və Cavabdeh2 arasında etibarlı birgə borcluluq müqaviləsinin bağlanmasına, baxmayaraq, cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onların əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən cavabdehlər X4 və Cavabdeh2 müqavilə ilə aldıqlarını İddiaçı ASC-nə qaytarmalıdırlar. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2019-ci il tarixli 92rstlSML/19 saylı müqavilə üzrə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3893 manat 39 qəpik məbləğində əsas kredit borcunun, 37 manat 17 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 43 manat 12 qəpik kredit müqaviləsi üzrə hesablanmış penya olmaqla, cəmi 3973 manat 68 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59 manat 74 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 3893 manat 39 qəpik məbləğində əsas kredit borcunun, 37 manat 17 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 43 manat 12 qəpik kredit müqaviləsi üzrə hesablanmış penya olmaqla, cəmi 3973 manat 68 qəpik məbləğində pul alınıb İddiaçı ASC-nə verilsin. Cavabdehlər X1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 59 manat 74 qəpik müştərək qaydada alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar