Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-738/2025 18.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, Təsviri hissə: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən 856 manat 19 qəpik əsas borc, vəfat etdiyi tarixə 0.04 manat faiz borcu olmaqla, cəmi 856 manat 23 qəpik məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 371 manat 54 qəpik əsas borc, 21 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 393 manat 17 qəpik kredit borcunun, ödənilmiş 32.50 (otuz iki manat, əlli qəpik) dövlət rüsumunun və 0,80 (səksən qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Xırdalan filialı ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən X5 illik 24 faizlə 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Xırdalan filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən X5 illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X7 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Göyçay rayon notariat ofisi tərəfindən təqdim edilmiş 1056 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, borc alanın banka xx.xx.2019-cu il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən 856 manat 19 qəpik əsas borc, vəfat etdiyi tarixə 0.04 manat faiz borcu olmaqla, cəmi 856 manat 23 qəpik məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli BPM**********33 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 371 manat 54 qəpik əsas borc, 21 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 393 manat 17 qəpik məbləğində kredit borcu vardır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32 manat 50 qəpik dövlət rüsumu və 0.80 qəpik bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-46981/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki xx.xx.2019-cu il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X7 arasında illik 24 faiz olmaqla 48 ay müddətinə 2700 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli tam kart çərçivəsi müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X7 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanuni vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Göyçay rayonun Alxasava kəndində yaşayan oğlu Cavabdeh əmlakdan tam hissədə pay almışdır. Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 614478 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA210740B3092026, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21074 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, mərhum X3 adına olan kredit müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməsi barədə vərəsə Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə ödənilməmiş əsas borcu 856 manat 23 qəpik təşkil edir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə "xxxx" ASC-nə ödənilməmiş əsas borcu 393 manat 17 qəpik təşkil edir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar 32 manat 50 qəpik dövlət rüsumu və 0.80 qəpik xidmət haqqı iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: "xxxx" ASC ilə X7 arasında xx.xx.2019-cu il tarixdə illik 24 faiz olmaqla 48 ay müddətinə 2700 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Bundan başqa "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixdə illik 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, X3 vəfatından sonra Cavabdeh miras qalmış əmlakı tam qəbul etmişdir. Cavabdeh miras qalmış əmlakı qəbul etdiyindən borcun ödənilməsi üçün qəbul edilmiş miras əmlaka münasibətdə məsuliyyət daşıyır. X3 bank qarşısında üzərinə götürdüyü öhdəlik vərəsə tərəfindən yerinə yetirilməmiş, kredit borcu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən (vərəsədən) tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, X1nun vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə borclu qismində payına mütənasib surətdə miras qoyanın borclarını tam ödəməlidir. Ona görə də Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" ASC-nə qaytarmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 856 manat 19 qəpik manat əsas borc, 0.04 manat faiz borcu olmaqla, cəmi 856 manat 23 qəpik və xx.xx.2020-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən 371 manat 54 qəpik əsas borc, 21 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 393 manat 17 qəpik borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 32 manat 50 qəpik dövlət rüsumu, 0.80 (səksən) qəpik xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 856 manat 19 qəpik əsas borc, 0.04 manat faiz borcu olmaqla, cəmi 856 (səkkiz yüz əlli altı) manat 23 (iyirmi üç) qəpik və xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 371 manat 54 qəpik əsas borc, 21 manat 63 qəpik faiz borcu olmaqla, cəmi 393 (üç yüz doxsan üç) manat 17 (on yeddi) qəpik pul alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh 32 (otuz iki) manat 50 (əlli) qəpik məbləğində ödənilmiş dövlət rüsumu və 0.80 (səksən) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-738/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-738/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver