Məhkəmə qərarları › İş №e-2(046)-763/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-763/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-763/2023 16.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı KapitalBank ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə iddia ərizəsinə Göyçay şəhərində baxaraq MÜƏYYƏNETDİ: İddiaçı KapitalBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 13941.68 manat pulun və 131.83 manat dövlət rüsumunun alınaraq KapitalBank ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı KapitalBank ASC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı KapitalBank ASC-nin iddia ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi təsdiq edən qəbzdən görünür ki, iddiaçı KapitalBank ASC hazırki iddia ərizəsi üzrə 131.83 manat dövlət rüsumu ödəməli olduğu halda 92.63 manat dövlət rüsumu ödəmişdir ki, qanunla müəyyən edilmiş dövlət rüsumundan azdır. Azərbaycan Respublikası Dövlət X1 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsi üzrə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı KapitalBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar