Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-765/2024 02.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Kapital Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit kartı müqaviləsi üzrə 119.64 manat əsas kredit borcunun, 26.10 manat faiz borcu olmaqla, cəmi 145.74 manat kredit borcunun və kredit müqaviləsi üzrə 5190.51 manat əsas kredit borcun, 868.91 manat faiz borcu olmaqla, cəmi 6059.42 manat kredit borcunun ödənilmiş 82.05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kapital Bank ASC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Kapital Bank ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 28 faiz olmaqla 48 ay müddətinə 7300 manat, xx.xx.2022-ci il tarixdə Kapital Bank ASC ilə Cavabdeh arasında kredit kartı müqaviləsi bağlanmış və Cavabdeh 36 ay müddətinə illik 25 faiz olmaqla 210 manat kredit verilmişdir. Hər iki müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh hər iki kredit müqaviləsi üzrə borcu yaranmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin tərəflər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 48 ay müddətinə illik 28 faiz olmaqla 7300 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 25 faiz olmaqla 210 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı Kapital Bank ASC məhkəməyə müraciət etdiyi zaman 82.05 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Kapital Bank ASC-nin iddiası təmin edilməli, Cavabdeh kredit kartı müqaviləsi üzrə 119.64 manat əsas kredit borcunun, 26.10 manat faiz borcu olmaqla, cəmi 145.74 manat kredit borcunun və kredit müqaviləsi üzrə 5190.51 manat əsas kredit borcun, 868.91 manat faiz borcu olmaqla, cəmi 6059.42 manat kredit borcunun ödənilmiş 82.05 manat dövlət rüsumu tutularaq Kapital Bank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit kartı müqaviləsi üzrə 119.64 manat əsas kredit borcunun, 26.10 manat faiz borcu olmaqla, cəmi 145.74 manat kredit borcunun və kredit müqaviləsi üzrə 5190.51 manat əsas kredit borcun, 868.91 manat faiz borcu olmaqla, cəmi 6059.42 manat kredit borcunun ödənilmiş 82.05 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-765/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-765/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver