Məhkəmə qərarları › İş №e-2(046)-78/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-78/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-78/2023 16.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı AtaBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO AtaBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3040.43 manat əsas kredit borcunun, 798.39 manat faiz borcunun, 260.06 manat cərimə borcunun, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.34 (on bir manat 34 qəpik) AZN faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61.11 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 45 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus, Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay müddətinə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə LPO AtaBank ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinix xahiş etmişdir. İş üzrə LPO AtaBank ASC tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay Filialı ilə ilə Cavabdeh1 arasında bağlanmış 12 fevral 2019- cu il tarixli GY-2355 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən Cavabdeh1 («İpoteka qoyan»a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 14 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 17 dekabr 2020-ci il tarixli **********974 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh1 arasında illi 22% olmaqla 36 ay müddətinə 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, AtaBank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçı LPO AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi AtaBank ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu iddiaçıya qaytarmadığına görə, AtaBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. LAZUR-A MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid 70.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmə hesab edir ki, iddiaçı LPO AtaBank ASC -nin cavabdehdən kredit müqaviləsi üzrə 260.06 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 60.06 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 61.11 manat dövlət rüsumu, bildirişin qeydə alınması 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 110.65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 3040.43 manat əsas borcu, 798.39 manat faiz borcu, 60.06 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 11.34 manat olmaqla cəmi 3910.22 manat kredit borcu, ödənilmiş 61.11 manat dövlət rüsumu, və 45 manat dövlət rüsumu tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 3040.43 manat əsas borcu, 798.39 manat faiz borcu, 60.06 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 11.34 manat olmaqla cəmi 3910.22 manat kredit borcu, ödənilmiş 61.11 manat dövlət rüsumu, və 45 manat dövlət rüsumu tutularaq LPo AtaBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 45.0 kv.m köməkçi, 84.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracına satılsın. Əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar