Məhkəmə qərarları › İş №e-2(046)-782/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-782/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-782/2024 09.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə 229 manat əsas və 30 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli nisyə satış müqaviləsinə əsasən cavabdehə 700 manat məbləğində LG markalı mobil telefonu 06 ay müddətinə kreditlə - nisyə satmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, Cavabdeh pulun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun şirkət qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Müqavilə üzrə öhdəliklərini İddiaçı MMC-nin qarşısında tam icra etməyən Cavabdeh 229 manat borcu qalmaqdadır. Eləcə də iddiaçı məhkəmə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı alıcıya cavabdehə 06 ay müddətinə, 700 manat məbləğində LG markalı mobil telefon verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-alıcıya alana LG markalı mobil telefonu versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun iddiaçıya 229 manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edilməli, Cavabdeh 229 manat əsas və 30 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 119.1 -ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 229 manat əsas, 30 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar