Məhkəmə qərarları › İş №e-2(046)-80/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-80/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-80/2023 07.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1623.84 manat əsas kredit borcu, 278.16 manat faiz borcu, 222 manat cərimə borcu olmaqla, cəmi 2124 manat kredit borcunun və 41.24 manat məbləğində dövlət rüsumunun tutulması və güzəştli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə İddiaçı BOKT ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Maraqlı şəxs illik 36 faiz olmaqla 24 ay müddətinə 2000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh Maraqlı şəxs kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Maraqlı şəxs vəfat etmişdir. Maraqlı şəxs vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilib-edilməməsi barədə sorğu edilmiş, lakin Maraqlı şəxs miras qalmadığı müəyyən edilmişdir. cavabdehlər (Zaminlər) kredit müqaviləsi üzrə borcu banka ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 41.24 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi və kredit borcunun cavabdeh Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Maraqlı şəxs arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə , Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxs adına vərəsəlik işi açılmamışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı BOKT ASC ilə Maraqlı şəxs arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 2000 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdeh Maraqlı şəxs kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölümündən sonra ona məxsus əmlak olmadığından vərəsəlik işi açılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, kredit borcunu cavabdehlərdən (zaminlərdən) tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 41.24 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 41.24 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1623.84 manat əsas kredit borcu, 278.16 manat faiz borcu, 222 manat cərimə borcu olmaqla, cəmi 2124 manat kredit borcunun və 41.24 manat dövlət rüsumu alınaraq Finoko BOKT ASC-yə ödənilməlidir. Eləcə də məhkəmə hesab edir ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, onunla bağlanmış kredit müqaviləsi qüvvədən düşmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsi təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1623.84 manat əsas kredit borcu, 278.16 manat faiz borcu, 222 manat cərimə borcu olmaqla, cəmi 2124 manat kredit borcunun və 41.24 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar