Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-805/2022 08.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ilə, iddiaçı Ultratek MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ultratek MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 285 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Ultratek MMC-nın xeyrinə dənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Elektron məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh 21.09.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı Ultratek MMC-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-805/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-805/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver