Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-809/2024 28.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Yaşar qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 6441 manat 41 qəpik əsas, 1144 manat 84 qəpik faiz, cəmi 7586 manat 25 qəpik pul vəsaitinin və 95 manat 86 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, GTGK4927742A299 saylı kredit müqaviləsinə əsasən ona müddəti 60 ay, illik 28 faiz dərəcəsi ilə 7570 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 6441 manat 41 qəpik əsas, 1144 manat 84 qəpik faiz, cəmi 7586 manat 25 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı q qəbul etdi və izahat verərək bildirdi ki, "xxxx" ASC ilə aralarında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022ci il tarixli, GTGK4927742A299 saylı kredit müqaviləsinə əsasən ona müddəti 60 ay, illik 28 faiz dərəcəsi ilə 7570 manat məbləğində kredit verilmişdir. Maddi imkan olmadığından banka olan borc ödənilməmişdir. Hesablanmış faizlərin silinməsini məhkəmədən xahiş edərək, banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında illik 28 faiz olmaqla 60 ay müddətinə 7570 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 6441 manat 41 qəpik əsas borc, 1144 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 7586 manat 25 qəpik borcu vardır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi ilə əlaqədar Cavabdeh kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə kredit borclarının tam ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 95 manat 86 qəpik məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK4927742A299 saylı kredit xətti müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh kredit müqaviləsi üzrə 6441 manat 41 qəpik əsas, 1144 manat 84 qəpik faiz olmaqla, cəmi 7586 manat 25 qəpik kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 6441 manat 41 qəpik əsas, 1144 manat 84 qəpik faiz olmaqla, cəmi 7586 manat 25 qəpik pul iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 95 manat 86 qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6441 (altı min dörd yüz qırx bir) manat 41 (qırx bir) qəpik əsas, 1144 (min bir yüz qırx dörd) manat 84 (səksən dörd) qəpik faiz olmaqla, cəmi 7586 (yeddi min beş yüz səksən altı) manat 25 (iyirmi beş) qəpik kredit borcu və 95 (doxsan beş) manat 86 (səksən altı) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-809/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-809/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver