Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-82/2025 04.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində ola «VAZ 2109» minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş maddi zərərə görə 5565 manat, vəkilə ödənilmiş xərcə görə 320 manat və dövlət rüsumuna görə 79 manat olmaqla, cəmi 5964 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi "KİA RİO" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göyçay rayonu Cəyirli kəndi ərazisində ötmə qaydasını pozmuş və nəticədə idarə etdiyi minik avtomobili ilə həmin vaxtı Göyçay rayonu, Cəyirli kəndindən Göyçay şəhəri istiqamətində hərəkətdə olan sürücü X1 vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «VAZ 2109» minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X6 xəsarət almışdır. Hadisə Cavabdeh günahı ucbatından baş vermiş, onun barəsində xx.xx.2024-cü il tarixli, İXP6185143-nömrəli protokol tərtib edilmişdir və xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, hadisə nəticəsində mülkiyyətində olan «VAZ 2109» minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə 5565 manat məbləğində maddi ziyan dəymişdir. Lakin dəfələrlə müraciət olunsada cavabdeh pulun ona ödənilməsində heç bir cəhd göstərməmişdir. Bu səbəbdən vəkilə ödəniş etməyə, məhkəməyə müraciət etməyə və bunun üçün dövlət rüsumu ödəməyə məcbur olmuşdur. Hesab edir ki, mülkiyyətində ola «VAZ 2109» minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş maddi zərərə görə 5565 manat, vəkilə ödənilmiş xərcə görə 320 manat və dövlət rüsumuna görə 79 manat olmaqla, cəmi 5964 manat pul Cavabdeh alınaraq ona verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yerə göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş AD N 078950 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 2109» markalı ** XO *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçıdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, “VAZ 2109” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan:1.Ön kapot-180 manat, 2.Ön ekran-120 manat, 3.Sol bakavin-400 manat, 4.Döş hissəsi-100 manat, 5.Sol ayaqqoyulan, padnojka, lenta və setka-60 manat, 6.Ön faralar və dönmə işıqları-100 manat.7.Ban hissəsi-250 manat.8.Banın tenti-50 manat,9.Su radiatoru-50 manat, 10.Bufer və altının şvelleri-100 manat,11.Qabaq və arxa sol qapılar-250 manat,12.Qabaq sol amortizator-45 manat,13.Qabaq sol paloş-120 manat,14.Sol tyaqa,üçqulaq və sol qol-40 manat,15.Şit və sükan-270 manat,16.Qabaq sol oturacaq-60 manat,17.Qabaq sol yan şüşə-30 manat,18.Qabaq alın şüşə və rezini-90 manat,19.Qapının örtüyü-110 manat,20.Tənəkçi- 1500 manat,21.rəngsaz (materialla birgə) -1200 manat, 22.Elektrik-200 manat,23.Çilingər- 200 manat,24.Razval,Balans-40 manat,25.Qabaq sağ,sol qanadlar-100 manat, cəmi 5565 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə edilmiş 05 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki,Cavabdeh xx.xx.2024-cü il tarixdə,saat 23.15 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla,ayıq vəziyyətdə idarə etdiyi «Kia Rio minik» markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Cəyirli kənd ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə onunla əks istiqamətdə hərəkətdə olan sürücü X1 vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «VAZ 2109 minik» markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,hadisə nəticəsində X6 dərəcəsinə görə yüngül,Cavabdeh,X4,X5 və X3 isə dərəcələri təyin edilməyən xəsarətlər almışdırlar.Hadisə Cavabdeh təqsiri ucbatından baş vermişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 23:15-də Göyçay rayon Cəyirli kənd ərazisində «Kia Rio» minik markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Məcəllənin 327-327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli 9/9260 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışda qeyd olunan 1988-ci il buraxılışlı “VAZ 2109” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyyat hissələrinin:ön kapot(yeni)-190 manat,ön ekran (istifadə olunmuş)-30 manat,qabaq qapı (istifadə olunmuş)-150 manat,arxa qapı (istifadə olunmuş)-150 manat,ön faralar dəst-110 manat,orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630 manat müəyyən edilmişdir. Digər ehtiyyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İsmayıllı rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi "KİA RİO" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göyçay rayonu Cəyirli kəndi ərazisində ötmə qaydasını pozmuş və nəticədə idarə etdiyi minik avtomobili ilə həmin vaxtı Göyçay rayonu, Cəyirli kəndindən Göyçay şəhəri istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi «VAZ 2109» minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilmişdir.Belə olan halda mülki hüquq pozuntusu törətmiş Cavabdeh vurduğu zərərin əvəzini ödəməyə borcludur Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli 9/9260 nömrəli ekspert rəyinə görə 1988-ci il buraxılışlı “VAZ 2109” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 630 manat müəyyən edilmişdir. Digər ehtiyyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır.Məhkəmə ekspert rəyində “VAZ 2109” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön ekran (istifadə olunmuş) ehtiyyat hissəsinin dəyərinin 30 manat olması, "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışda isə 120 manat qeyd edilməsini nəzərə alıb,hesab edir ki,ekspert rəyi daha mötəbər sübut qismində qəbul edilməli və nəzərə alınmalıdır.Ekspert rəyində qeyd edilmiş digər 4 adda ehtiyyat hissələrinin dəyərinin "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışda olan həmin ehtiyyat hissələrinin dəyərindən çox göstərilməsinə gəldikdə isə,məhkəmə Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbi baxımından verilmiş tələb üzrə qətnamə çıxartmalı olduğundan,həmin ehtiyyat hissələrinə dair "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışda olan məlumatları nəzərə almışdır.Ona görə də məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək hesab edir ki, «Vaz 2109» markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ön ekran (istifadə olunmuş) ehtiyyat hissəsinin ekspert rəyində göstərildiyi kimi 30 manat dəyəri ,qalan ehtiyyat hissələrinin 5445 manat dəyəri isə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışda olan məlumatlar nəzərə alınmaqla, cəmi 5475 manat məbləğində müəyyən olunmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin 320 manat olmasına dair təqdim edilmiş qəbzi nəzərdən keçirərək hesab edir ki, vəkilə ödənilmiş xərc 320 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə xərcləri 79 manat məbləğində ödənilmiş dövlət rüsumundan, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən və 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcdən ibarət olduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 5475 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh vəkilə ödənilmiş xərcə görə 320 manat və 79 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-82/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-82/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver