Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-835/2023 04.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 1-ci kredit müqaviləsi üzrə 720 manat, 2-ci kredit müqaviləsi üzrə 1424 manat borcun, 107 manat əlavə faiz( 1072*10%) borcun manat və 43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmışxx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçıCavabdeh bağlanmış xx.xx.2021-ci il tarixli 1ci və 2-ci kredit müqaviləsinə əsasən, 7(yeddi) ay müddətinə, 1-ci kredit müqaviləsinə əsasən ayda 44 azn, 2-ci kredit müqaviləsinə əsasən ayda 88 azn ödəməklə Annaite 185/65/14, Goodride 215/55/17 markalı avtomobil təkərini kredit xətti ilə satılmışdır. Hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 3 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun İddiaçı MMC-yə olan borcu hələ də ödənilməmiş qalır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlikləri pozumlasından mübahisə yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 34746 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 7 ay müddətinə hər ay 88 manat ödəmək şərti ilə Goodride 215/55/17 markalı avtomobil təkəri satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 34746 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 7 ay müddətinə hər ay 44 manat ödəmək şərti ilə Annaite 185/65/14 markalı avtomobil təkəri satılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən müqavilə üzrə 107 manat əlavə faiz tələb etməsi, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından iddia qeyd edilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1-ci kredit müqaviləsi üzrə 720 manat, 2-ci kredit müqaviləsi üzrə 1424 manat borc və 43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-835/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-835/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver