Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-861/2023 10.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı «X1» ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: «X1» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 70.82 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının alınaraq «X1» ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, «X1» ASC öz tələbini əsasladırdığı hallara dair sənədi, yəni iddia predmetinin əsasını təşkil edən cavabdehlə bağlanmış kredit müqaviləsinin əslini və iddia tələbini əsaslandıran digər sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında kredit müqaviləsinin əslinin və digər sənədlərin əlavə edildiyini qeyd etsə də, həmin sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.4-cü maddəsinə əsasən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Həmin Məcəllənin 284-4.1.3-cü madddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı «X1» ASC-yə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-861/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-861/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver