Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-929/2022 17.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QBKT MMM Cavabdeh1 və qeyrisinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini Göyçay şəhərində nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QBKT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən kredit borcunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QBKT MMM-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı QBKT MMM-nin Cavabdeh1 və qeyrisinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı QBKT MMM-nin nümayəndəsinin ərizəsinə əsasən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(046)-929/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-929/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver