Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-929/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 458.79 manat əsas, 485.20 manat faiz olmaqla, cəmi 943.99 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2022-ci il tarixli çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən ASC 12 (on iki) ay müddətində (xx.xx.2023-cü tarixədək) 1275 AZN (bir min iki yüz yetmiş beş) manat məbləğində bərpa olunan kredit xəttini borcalana vermiş, sonuncu isə bu müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borcverənə ödəməyi, borcverənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, bu müqavilənin 4.2-ci bəndinə əsasən borcalan filiala gəlmədən kart vasitəsi ilə kredit xətti əldə etmək üçün öz mobil telefon nömrəsindən və ya digər müraciət kanallarından (elektron poçt, mobil əlavə, məlumat mərkəzinə SMS göndərilməsi, sayt vasitəsilə müraciət) istifadə etməklə müştəri kodunu sms və/və ya müvafiq müraciət kanalına məxsus üsula borc verənə göndərir. Müqavilənin 4.3-cü bəndinə əsasən isə borcverən tərəfindən borcalanın eyniləşdirməsi aparıldıqdan sonra borcalanın mobil telefon nömrəsinə və/və ya müvafiq müraciət kanalına məxsus üsula borcalana ayrıla biləcək kredit xəttinin dəqiq məbləği, müddəti, aylıq ödənişlərin məbləği, kredit xəttinin verilməsinə və nağd pulun məxaric edilməsinə görə komisyon haqlarının məbləği, həmçinin borcalanın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i və/və ya müvafiq müraciət kanalına məxsus üsula göndərilir. Borcalan həmin smsə və/və ya müvafiq təklifə cavab olaraq, öz mobil telefon nömrəsindən və/və ya müvafiq müraciət kanalına məxsus üsula borcverənin mobil telefon nömrəsinə və/və ya müvafiq müraciət kanalına onun razılığını bildirən məzmunda təsdiq sms-i və/və ya müvafiq təklifə təsdiq cavabı göndərməsi (Borcalan razılığını ifadə etmək üçün məhz müvafiq təklifdə bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) borcalan tərəfindən borcverənin təklifində qeyd olunan bütün şərtlərin qəbul edilməsi kimi qiymətləndirilir və kredit xəttinin borcalanın cari hesabına və ya kartına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur. Borcverən həmin təsdiq sms-ini və/və ya müvafiq təklifə təsdiqini qəbul etdiyi andan 2 (iki) iş günü ərzində kredit xəttini borcalanın cari hesabına və ya kartına köçürür. Bu mənada, Cavabdeh xx.xx.2022-ci il tarixdə filiala gəlmədən kart vasitəsi ilə kredit xətti əldə etmək üçün öz mobil telefon nömrəsindən iddiaçı "xxxx" ASC-nin çərçivə kredit və girov müqaviləsində göstərdiyi mobil nömrəyə sms müraciət ünvanlamış, iddiaçı ASC isə cavabdehin mobil telefon nömrəsinə kredit xəttinin dəqiq məbləği, müddəti, aylıq ödənişlərin məbləği, kredit xəttinin verilməsinə və nağd pulun məxaric edilməsinə görə komisyon haqlarının məbləği barədə məlumatı (cari kredit 1161 manat ödənilməklə, 18 ay müddətinə, aylıq ödəniş 97,10 manat, 4% komissiya haqqı ilə, illik 42 % olmaqla, 1275 manat kredit təklif edilmişdir) göndərmişdir. Bundan sonra, Cavabdeh borcverənin mobil telefon nömrəsinə onun razılığını bildirən məzmunda təsdiq sms-i ünvanlamış, nəticədə razılıq cavabı iddiaçı "xxxx" ASC-nin təklifində qeyd olunan bütün şərtlərin cavabdeh tərəfindən qəbul edilməsi kimi qiymətləndirilmiş və kredit xəttinin borcalanın kartına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə distant şəkildə bağlanmış MR0015856-2022 saylı müqavilə əsasında Cavabdeh 1162 AZN məbləğində kredit borcu bağlanmış, habelə 51,37 AZN məbləğində komissiya məbləği tutulduqdan sonra cavabdehin kartına 61,63 manat vəsait köçürülmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MR0015856-2022 saylı kredit müqaviləsinə əsasən “X1 Kredit Təşkilatı” ASC-dən götürdüyü 1275 manat məbləğində əsas borcdan 816,21 manat, faiz borcundan 288,75 manat, cərimə borcundan isə 91,04 manat ödəniş etmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Nəticədə, Cavabdeh oğlunun iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 458,79 manat əsas və 458,20 manat faiz borcu olmaqla, cəmi 943,99 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmiş, poçt vasitəsi ilə teleqrama göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmir, teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş edir, lakin buna dair hər hansı üzrlü səbəb göstərmir. Bu cür vəsatətlər məhkəmə tərəfindən işə baxılamasının süni şəkildə uzadılmasına yönəlmiş kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BO0014695-2022 saylı kredit və girov müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında illik 50 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə 1275 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Müqavilənin 5.6-ci bəndinə əsasən kredit xəttindən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər faktiki gün sayına uyğun olaraq bir ildə 360 gün hesabı ilə hesablanır. Mobil telefon ekranının fotoşəklindən görünür ki 070 844 97 27 nömrədən 1275 manat məbləğində kreditin verilməsinə dair razılıq mesajı göndərilmişdir. Cavab mesajında kreditin şərtləri: 18 ау müddətinə, ayliq odeniş 97 manat, 4% komissiya haqqi, illik 42% olmaqla 1275 manat kimi göstərilmişdir. Karta köçürüləcək məbləğin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh 1275 manat məbləğində kredit köçürüləcəkdir. Kredit müqaviləsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilənin sonuna Cavabdeh faiz borcu 472.01 manat təşkil edir. Kreditin verilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən Cavabdeh 18 ay müddətinə, illik 42% olmaqla 1275 manat məbləğində kreditin verilməsi qərara alınmışdır. Hesabdan çıxarışa əsasən Cavabdeh "xxxx" ASC-nə olan olan kredit borcunun əsasən məbləğindən 816,21 manat, faiz borcundan 288,75 manat, cərimə borcundan isə 91,04 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. 72072414 saylı qəbzin surətindən görünür ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh oğlundan kredit müqaviləsi üzrə 458.79 manat əsas, 485.20 manat faiz olmaqla, cəmi 943.99 manat kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 458.79 manat əsas, 485.20 manat faiz olmaqla, cəmi 943.99 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 458.79 manat əsas, 485.20 manat faiz olmaqla, cəmi 943.99 (doqquz yüz qırx üç manat doxsan doqquz qəpik) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-929/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-929/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver