Məhkəmə qərarları › İş №e-2(046)-932/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-932/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-932/2024 20.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1535 manat 54 qəpik məbləğində əsas kredit borcunun, 83 manat 70 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 2 manat 33 qəpik cərimə borcu, cəmi 1621 manat 57 qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 36 manat 22 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli № 31250***-*******2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsi ilə, 2900 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024 cü il tarixə İddiaçı ASC-yə 1535 manat 54 qəpik məbləğində əsas kredit borcu, 83 manat 70 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 2 manat 33 qəpik əsas borc üzrə hesablanmış cərimə borcu , cəmi 1621 manat 57 qəpik məbləğində borcu qalmaqdadır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi X2 ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı xitam edilməlidir. Belə ki, işə əlavə edilmiş «AZEMİS» X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh 20 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-932/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması ilə əlaqədar işin məhkəmə hazırlıq iclası 30 aprel 2024-cü il saat 11.00-a təyin edilməsinə, sonradan isə 20 may 2024-cü il tarixə saat 10.30-a təxirə salınmasına baxmayaraq, ölmüş cavabdehin onun hüquqi varisi ilə əvəz edilməsi ilə əlaqədar İddiaçı ASC-nin iddia ərizəsi məhkəməyə daxil olmamışdır. Kiçik mübahisələr üzrə iddia ərizəsindən görünür ki,ərizə xx.xx.2024-cü ildə Göyçay Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi Cavabdeh 20 sentyabr 2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq , İddiaçı ASC-i onun ölümündən xeyli müddət sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə mülki prosessual hüquq qabiliyyəti xətm edilmiş şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir.Halbuki bu halda iddia onun vərəsəsinə qarşı verilməli idi. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəmənin icraatına qəbul olunduğundan və belə olan halda işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün olmadığından,işə iddia icraatı qaydasında baxılması barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qəbul olunmuş, İddiaçı ASC-nə prosessual hüquq varisliyi məsələsinin həlli ilə əlaqədar iddia ərizəsi verilməsi təklif edilmişdir.Lakin təxirə salınmış məhkəmə hazırlıq iclasına prosessual hüquq varisinə qarşı iddia ərizəsi məhkəməyə daxil olmamış,bu səbəbdən ölmüş tərəfi hüquq varisi ilə əvəz edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254,255,261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Cavabdeh 20 sentyabr 2023-cü il tarixdə vəfat etdikdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, məhkəmə baxışına hazırlığın icraatı xitam edilməli,ödənilmiş 36 manat 22 qəpik dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq , qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Ödənilmiş 36 manat 22 qəpik dövlət rüsumu İddiaçı ASC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar