Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-988/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BPM**********30 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5174 manat 60 qəpik əsas borc, 1506 manat 56 qəpik faiz borcu, 01 qəpik cərimə borcu olmaqla, cəmi 6681 manat 17 qəpik və ödənilmiş 86 manat 82 qəpik dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)- 1046/2024 saylı mülki iş üzrə iddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BPM**********07 nömrəli,xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bərpa olunan kredit limiti üzrə 265 manat 95 qəpik əsas borc, 78 manat 85 qəpik faiz borcu olmaqla cəmi 344 manat 80 qəpik, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xitməd haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)-1046/2024 saylı mülki iş birləşdirilmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış BPM**********30 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 54 ay müddətinə illik 23 faiz olmaqla 5350 manat məbləğində nağd kredit verilmişdir. Borculu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1021 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh2 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 vəfat etdiyi tarixə banka 5174 manat 60 qəpik əsas borc, 1506 manat 56 qəpik faiz borcu və 1 qəpik cərimə borcu olmaqla cəmi 6681 manat 17 qəpik kredit borcu qalmışdır. Cavabdeh, mərhum Cavabdeh2 Fizulu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış BPM**********07 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh2 vəfat etdiyi tarixə banka 265 manat 95 qəpik əsas borc, 78 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 344 manat 80 qəpik kredit borcu qalmışdır. Cavabdeh, mərhum Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənat həlli üçün iddiaçı tərəf səy göstərsədə, cavabdehi öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit limiti verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə cəmi 344 manat 80 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 vəfatından sonra Cavabdeh2 miras qalmış əmlakın qəbul edilməsinə dair Cavabdeh1 ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mərhum Cavabdeh2 adına olan kredit müqaviləsi üzrə vərəsə Cavabdeh1 öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat və 40 qəpik xidmət haqqı məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında illik 23 faiz olmaqla 54 ay müddətinə 5350 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə cəmi 6681 manat 17 qəpik kredit borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 86 manat 82 qəpik və 40 qəpik xidmət haqqı məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa,vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 54 ay müddətinə 5350 manat məbləğində nağd kredit verilməsi barədə müqavilə bağlanmışdır. Borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Cavabdeh2 vəfatından sonra Cavabdeh1 miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş, mirası qəbul etmişdir. Cavabdeh1 miras əmlakı qəbul etdiyindən miras qoyan Cavabdeh2 iddiaçı "xxxx" ASC-i qarşısında kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasını təmin etməyə borcludur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyindən, borclu Cavabdeh2 vəfat etməsindən sonra miras əmlakı qəbul etmiş vərəsə Cavabdeh1 miras qoyanın borclarını tam ödəməlidir.Məhkəmə nəzərə alır ki,Cavabdeh1 Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərinə uyğun olaraq miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış borcunu iddiaçı "xxxx" ASC-nə qaytarmalı,bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş cəmi 117 manat 62 qəpik məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bərpa olunan kredit üzrə 265 manat 95 qəpik əsas borc və 78 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 344 manat 80 qəpik və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5174 manat 60 qəpik əsas borc, 1506 manat 56 qəpik faiz borcu, 01 qəpik cərimə borcu olmaqla, cəmi 6681 manat 17 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5174 manat 60 qəpik əsas borc, 1506 manat 56 qəpik faiz borcu, 01 qəpik cərimə borcu olmaqla, cəmi 6681 manat 17 qəpik məbləğində və xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bərpa olunan kredit üzrə 265 manat 95 qəpik əsas borc və 78 manat 85 qəpik faiz borcu olmaqla, cəmi 344 manat 80 qəpik məbləğində,ümumilikdə iki müqavilə üzrə 7025 manat 97 qəpik məbəğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh1 cəmi 117 manat 62 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-988/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-988/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver