Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-100/2024 23.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında bахаraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMCnin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli 269-1 saylı əmrlə cavabdeh administrator vəzifəsinə keçirilmiş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə cavabdeh baş satıcı vəzifəsinə keçirilmiş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021ci il tarixində cavabdeh yenidən administrator vəzifəsinə kerilmiş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli 704 saylı əmrlə isə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin OBA Sumqayıt 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumilikdə 2000 (iki min) manat 43 (qırx üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2000 (iki min) manat 43 (qırx üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2000 (iki min) manat 43 (qırx üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa mediasiya prosesi vasitəsilə də cavabdehlə müvafiq razılıq əldə olunmamışdır. Odur ki, Cavabdeh 2000,43 manat dəymiş ziyan və 55 (əlli beş) manat ödənilmiş mediasiya xərcinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Azad Hüseynov məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, İddiaçı MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə baş satıcı vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə yenidən adminstrator vəzifəsinə kerilmiş, xx.xx.2021-ci il tarixli 704 saylı əmrlə isə işdən azad edilmiş, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə aparılmış yoxlamada iştirak etməmiş, tərtib olunmuş akta imza etməmiş, dəymiş ziyanla bağlı ondan izahat alınmamış, həmçinin onu işdən çıxararkən ziyanla bağlı deyil, öz ərizəsi ilə işdən çıxarılmış, bundan başqa aktın tərtib edildiyi vaxtdan bir ildən artıq müddət, yəni iddiaçının tələb etdiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar üzrə pul məbləği ilə bağlı iddia müddəti də keçmişdir. Odur ki, iddia tələbini qəbul etmir. Qeyd edilənlərə əsasən də bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar üzrə 2000,43 manat dəymiş ziyana dair iddia tələbinə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavildən, əmrdən çıxarışdan və bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, o, satıcı kassir vəzifəsinə işə qəbul edilmiş və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli əmək müqavilələrinə əlavələrdən, bildirişlərdən, əmrdən çıxarışlardan və X3 haqqında müqavilələrdən görünür ki, Cavabdeh əvvəlcə cəmiyyətə administrator vəzifəsinə işə götürülmüş, sonradan həmin cəmiyyətə baş satıcı və daha sonra isə yenidən administrator vəzifələrinə keçirilmiş, onunla X3 daşıması barədə müqavilələr bağlanmış və bu müvaqfiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC üzrə xx.xx.2021-ci il tarixli 704 saylı əmrdən çıxarışdan və bildirişdən görünür ki, Cavabdeh öz xahişi ilə işdən azad edilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inventarzasiya nəticələrinə dair aktlardan, onlara əlavə edilmiş sənədlərdən və xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Oba-Sumqayıt 11” mağazasında komissiya üzvləri tərəfindən yoxlama aparılaraq yekun ziyan məbləği müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumilikdə 2000,43 manat müəyyən edilmiş, Cavabdeh maddi məsul şəxs kimi qeyd edilmiş, lakin cavabdeh qeyd edilən aktlara imza etməmiş və izahat verməmişdir. İş materiallarına əlavə edilmiş mediator X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və ödəniş qəbzindən görünür ki, İddiaçı MMC Cavabdeh ilə arasında olan əmək mübahisəsinin həll edilməsi ilə bağlı Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş və buna görə İddiaçı MMC tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında müvafiq qaydada əmək müqavilələri bağlanılmış və o, həmin cəmiyyətə əvvəlcə administrator vəzifəsinə işə qəbul edilmiş, sonradan həmin cəmiyyətə baş satıcı və daha sonra isə yenidən administrator vəzifələrinə keçirilmişdir. Bundan başqa Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin əmək münasibətləri prosesində X3 daşıması barədə müvafiq müqavilə də bağlanmışdır. Cavabdeh İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdən fəaliyyətə başlamış və xx.xx.2021-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddətdə iş yerində intizam xətasına yol vermiş, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə İddiaçı MMCnin-OBA Sumqayıt 11 mağazasında çalışdığı zaman iddiaçı tərəfindən orada aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “inventarizasiya nəticələrinə”dair aktlara əsasən onun cəmiyyətə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumilikdə 2000,43 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Lakin qanunvericiliyin normalarından da göründüyü kimi qanunla nəzərdə tutulmuş əmək münasibətlərindən yaranan mübahisələrə dair nəzərdə tutulmuş bir illik iddia müddəti iddiaçı təşkilat tərəfindən buraxılmış və həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü və həmin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş, əksinə cavabdeh məhkəməyə iddiaçı təşkilat tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunaraq iddia tələbinin rədd olunması ilə bağlı vəsatət vermişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin olunmaması tam qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-100/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-100/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver