Məhkəmə qərarları › İş №e-2(047)-1085/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-1085/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-1085/2025 16.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Laçın Rayon Məhkəməsi hakim İbrahimov Cavad Cavanşir oğlu, İddiaçı MMQBKT-nın cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə iddiaçının ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMQBKT cavabdeh X1 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı MMQBKT-nın nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMQBKT-nın cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı MMQBKT tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMQBKT-na qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264 və 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə qəraraaldı: İddiaçı MMQBKT-nın cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMQBKT-na qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar