Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1107/2024 04.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Laçın RİHB-nın Kamallı kənd icra nümayəndəliyinə (cavabdehlər Cavabdeh3 və Cavabdeh1 çatdırılması üçün), həmçinin Cavabdeh2 və Tovuz RİHB-nın Qədirli kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh2 çatdırılması üçün) xx.xx.2024cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 “heyvan alışı” məqsədi ilə 36 ay müddətinə, aylıq 2,08 faiz, illik 25 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 oğu ilə MMC arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2024-cü il tarixədək Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nə 2132,32 manat əsas, 273,23 manat faiz, 165,45 manat cərimə məbləği və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi qismində 268,02 manat olmaqla, cəmi 2839,02 manat borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2132,32 manat əsas, 273,23 manat faiz, 165,45 manat cərimə məbləği, müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi qismində 268,02 manat, cəmi 2839,02 manat borcun və 49 manat ödənilmiş dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh3 “heyvan alışı” məqsədi ilə 36 ay müddətinə, aylıq 2,08 faiz, illik 25 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024cü il tarixə 2132,32 manat əsas, 273,23 manat faiz, 165,45 manat cərimə məbləği və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi qismində 268,02 manat, cəmi 2839,02 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə 2132,32 manat əsas, 273,23 manat faiz, 165,45 manat cərimə məbləği və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi qismində 268,02 manat, cəmi 2839,02 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə xx.xx.2024cü il tarixdə son xəbərdarlıq məktubu ünvanlanaraq cəmi 2286,74 manat vaxtı keçmiş borcu 5 (beş) iş gün ərzində ödəmələri, əks təqdirdə kredit, ona hesablanmış faiz və digər xərclərin tutulması barədə məhkəməyə müraciət olunacağı cavabdehlərə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 6.6-ci bəndinə əsasən kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. Beləliklə də müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 “heyvan alışı” məqsədi ilə 36 ay müddətinə, aylıq 2,08 faiz, illik 25 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 və Cavabdeh2 oğu ilə MMC arasında zaminlik müqavilələri bağlanmış və bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə son xəbərdarlıq məktubu ünvanlanaraq cəmi 2286,74 manat vaxtı keçmiş borcu 5 (beş) iş gün ərzində ödəmələri, əks təqdirdə kredit, ona hesablanmış faiz və digər xərclərin tutulması barədə məhkəməyə müraciət olunacağı cavabdehlərə bildirilmişdir. Bundan sonra da cavabdehlər tərəfindən borc ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə iddiaçının cavabdehlərə qarşı olan faiz borcunun məbləği ilə bağlı onu da qeyd edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə olan faiz borc məbləğini tələb etsə də, lakin məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixinə, yəni kredit müqaviləsinin bitdiyi tarixə hesablanmış faiz borcu məbləği ilə razılaşır. Lakin iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilən faiz borcu ilə, xx.xx.2024-cü il tarixə, yəni kredit müqaviləsinin bitdiyi tarixə olan faiz borcu eyniyyət təşkil edir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əsas borcun əvəzi qismində 2132,32 manat, 273,23 manat faiz və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi qismində 268,02 manat məbləğində borcun tutulması tələbi tam qanuni və əsaslıdır. Bundan əlavə, MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edi lməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC cavabdehlərdən 165,45 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 30 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 49 manat dövlət rüsumunun 47 manatı onun xeyrinə cavabdehlərdən müştərək tutulmalı və digər qismi, yəni 02 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2132,32 manat əsas, 273,23 manat faiz, 30 manat cərimə və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi qismində 268,02 manat, cəmi 2703,57 manat borc pul və ödənilmiş 49 manat dövlət rüsumunun 47 manatı tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 02 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2132,32 manat əsas, 273,23 manat faiz, 30 manat cərimə və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi qismində 268,02 manat, cəmi 2703,57 (iki min yeddi yüz üç manat əlli yeddi qəpik) manat borc pul və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 02 (iki) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1107/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1107/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver