Məhkəmə qərarları › İş №e-2(047)-1107/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1107/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1107/2025 22.01.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 8700 manat borc pulun və ödənilmiş 107 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə onun arasında 2 saylı “Asan Kommunal” mərkəzində notariat kontorunda xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən cavabdeh ondan həmin müqavilənin şərtlərinə uyğun olaraq altı ay müddətinə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 10000 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin borcdan hissə-hissə axırıncı dəfə ödəniş 2023-cü ilin sentyabr ayında olmaqla, cəmi 1300 manat pul qaytarmışdır. Cavabdeh borc müqaviləsinin şərtlərinə uyğun olaraq bu borcu həmin müqavilədə göstərilən müddətdə hissə-hissə qaytarmalı olduğu halda aldığı borc pulun 8700 manat hissəsini qaytarmaqdan boyun qaçırmışdır. Cavabdehdən bir neçə dəfə pulunu tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu tam qaytarmamışdır. Artıq cavabdeh tərəfindən aldanıldığını başa düşmüş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 8700 manat borc pulun və 107 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən 2 saylı “Asan Kommunal” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı 10000 manat borc pul almış, həmin pulu xx.xx.2019-cu il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh iki ildən artıq olaraq ödəmədiyi qalıq qalan 8700 manat borcunun 7 (yeddi) gün ərzində ödəməyi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini cavabdehə bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, 2 saylı “Asan Kommunal” mərkəzində notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı 10000 (on min) manat borc pul almış, Cavabdeh aldığı 10000 (on min) manat borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, daha sonra cavabdeh həmin borcdan axırıncı ödəniş 2023-cü ilin sentyabr ayında olmaqla, hissə-hissə cəmi 1300 manat ödəmiş və onun iddiaçıya halhazırda 8700 manat borcu qalmışdır. İddiaçı cavabdehdən dəfələrlə qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan qalan borcunu qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 8700 manat borc pulun və 107 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat borc pul və 107 (bir yüz yeddi) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat borc pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 107 (bir yüz yeddi) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar