Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-1282/2025 17.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirərək bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, Goranboy rayonu Bəşirli kəndində qeydiyyatda olan Cavabdeh1, İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olan Cavabdeh2 və Laçın rayonu Daşlı kəndində qeydiyyatda olan Cavabdeh3 ayrı-ayrı vaxtlarda İddiaçı borca pul götürmüş, lakin İddiaçı haqlı olmayaraq cavabdehlərə qarşı ayrı-ayrılıqda verilməli olan bir neçə iddia tələbini bir iddiada birləşdirərək Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə ayrıca icraat qaydasında, həmçinin iddia tələbinin digər hissələri ilə bağlı iddia tələblərinə də ayrıca icraat qaydasında cavabdehlərin qeydiyyatda olduqları yer üzrə aidiyyəti məhkəmələrdə baxılmalıdır. Bundan əlavə məhkəmə iddiaçının nəzərinizə çatdırır ki, İddiaçı qeyd edilən tələblərə riayət etdikdən sonra cavabdehlərə qarşı müvafiq məhkəmələrdə müvafiq iddia tələbi ilə ayrıca icraat qaydasında iddia qaldırmaq hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələblərinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və qərardadda qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qənaətinə gəlir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq, həmçinin hesab edirəm ki, İddiaçı tərəfindən ödənilmiş 45,45 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd edilən tələblərə riayət etdikdən sonra cavabdehlərə qarşı müvafiq məhkəmələrdə müvafiq iddia tələbi ilə ayrıca icraat qaydasında iddia qaldırmaq hüququnun olduğu izah edilsin. Ödənilmiş 45,45 (qırx beş manat qırx beş qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1282/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-1282/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver