Məhkəmə qərarları › İş №e-2(047)-1420/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1420/2025

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1420/2025 10.03.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 noyabr 2024 il tariхli, 103804-866983/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 10000 (on min) manat məbləğində krеdit vеrilmişdir. Bundan başqa, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 noyabr 2024 il tariхli, 103797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə krеdit xətti ayrılmışdır. Həmin müqavilənin 2.11-ci bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.11-ci bəndində göstərilmiş hal yarandığına görə 04 noyabr 2024 il tariхli, 103797-PC********** nömrəli kredit xətti müqaviləsi 20 avqust 2025-ci il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən həmin tarixdə borcalanın borclu olduğu 2113.22 manat məbləğində borcu 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, banka olan borclarını ödəməmişdir. 02 dekabr 2025-ci il tarixinə cavabdehin 04 noyabr 2024 il tariхli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə 8995.28 manat məbləğində əsas bоrcu, 825.74 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 9821.02 (doqquz min səkkiz yüz iyirmi bir manat iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 02 dekabr 2025-ci il tarixinə cavabdehin 04 noyabr 2024 il tariхli, 103797- PC********** saylı kredit xətti müqaviləsi üzrə 2113.22 manat məbləğində əsas bоrcu, 144.95 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 2258.17 (iki min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеditi müqavilələrinin 1.1-ci bəndinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada banka ödənilməsini öhdəsinə götürür. Belə ki, cavabdehlər kredit müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 103804- 866983/1 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 8995.28 manat, faiz borcuna görə 825,74 manat olmaqla, cəmi 9821,02 manat borcun, 103797-PC********** nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 2113,22 manat, faiz borcuna görə 144,95 manat olmaqla, cəmi 2258,17 manat ümumilikdə 12079,19 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 126,24 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilıb iddia tələbinin hər iki müqavilə üzrə əsas borcunun təmin olunması, lakin faiz borcunun isə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 19 faizlə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 103797-PC********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 24 faizlə 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2025ci il tarixə xx.xx.2024-cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə 8995.28 manat əsas, 825,74 manat faiz və 103797-PC********** saylı digər bir kredit müqaviləsi üzrə isə 2113,22 manat əsas, 144,95 manat faiz, ümumilikdə 12079,19 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı ASC tərəfindən həmin tarixlərə Cavabdeh xx.xx.2024cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 8995.28 manat, faiz borcu üzrə 424,47 manat və xx.xx.2024-cü il tarixli, 103797-PC********** nömrəli digər bir kredit müqaviləsi üzrə isə hesablanmış və ödənilməmiş əsas borc qismində 2113,22 manat və faiz borcu üzrə 44,99 manat məbləğində pul vəsaitlərinin 7 (yeddi) iş günü müddətində, yəni xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərədək ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 103804- 866983/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 19 faiz dərəcəsi ilə 10000 manat kredit verilmiş və xx.xx.2024-cü il tarixli, 103797-PC********** nömrəli digər bir kredit müqaviləsinə əsasən 24 faizlə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti ayrılmışdır. Lakin Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini icra etmədiyindən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar ünvanlanaraq həmin tarixlərə Cavabdeh xx.xx.2024-cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 8995.28 manat, faiz borcu üzrə 424,47 manat və xx.xx.2024-cü il tarixli, 103797-PC********** nömrəli digər bir kredit müqaviləsi üzrə isə hesablanmış və ödənilməmiş əsas borc qismində 2113,22 manat və faiz borcu üzrə 44,99 manat məbləğində pul vəsaitlərinin 7 (yeddi) iş günü müddətində, yəni xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərədək ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı cavabdehə bildirilmişdir. Buna görə də Cavabdeh İddiaçı ASC-yə faiz borlarının hesablanması iddiaçı tərəfindən iddia ərizəsində qeyd edildiyi tarixədək deyil, tərəflər arasındakı müqavilələrə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq tərəflər arasındakı müqavilələrin ləğv edildiyi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı 103804-866983/1 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 8995.28 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 424,47 manat və 103797-PC********** nömrəli digər bir kredit müqaviləsi üzrə isə ödənilməmiş əsas borc qismində 2113,22 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində isə 44,99 manat məbləğlərində pul tələbləri əsaslı olsa da, iddia faiz borclarına dair digər hissələrdə isə əsassızdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 126,24 manat dövlət rusumunun 125 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 1,24 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə 8995.28 manat əsas, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 424,47 manat faiz, cəmi 9419,75 manat və xx.xx.2024-cü il tarixli, 103797-PC********** saylı digər kredit müqaviləsi üzrə isə 2113,22 manat əsas, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 44,99 manat faiz, cəmi 2158,21 manat, ümumilikdə isə 11577,96 manat borc pul, ödənilmiş dövlət rüsumunun 125 manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,24 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 103804-866983/1 saylı kredit müqaviləsi üzrə 8995.28 manat əsas, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 424,47 manat faiz, cəmi 9419,75 manat və xx.xx.2024-cü il tarixli, 103797-PC********** saylı digər kredit müqaviləsi üzrə isə 2113,22 manat əsas, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş 44,99 manat faiz, cəmi 2158,21 manat, ümumilikdə isə 11577,96 (on bir min beş yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat məbləğində borc pul və 125 (bir yüz iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,24 (bir manat iyirmi dörd qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar