Məhkəmə qərarları › İş №e-2(047)-196/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-196/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-196/2025 26.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyan tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Laçın şəhər üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini onun əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixdə «**-LT-***» dövlət qeydiyyat nişanlı “FORD FUSİON MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, 28 may küçəsi ilə hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus «**-JK-***» dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi barədə MMC-nin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ tərəfindən araşdırılmış və nəticədə Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar verilmişdir. Yol-nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhəri DYPİ-də tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ arxa yan hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 2 gün müddətində xidmətdən kənar edilmiş və xəttə buraxılmamışdır. Servis mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 1071 saylı zərər aktına əsasən «**-JK-***» dövlət qeydiyyat nişanlı avtobusa 267,11 manat maddi zərər dəymişdir. Bundan başqa yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində «**-LT-***» dövlət qeydiyyat nişanlı “FORD FUSİON MİNİK” markalı avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 267,11 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Odur ki, Cavabdeh İddiaçı MMC-yə dəymiş zərərə görə 267,11 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən də Cavabdeh 267,11 manat dəymiş zərər və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 297,51 manat pulun İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş icbari sığortanın olmaması barədə məlumatdan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, zərər aktından, izahatlardan, yol-nəqliyyat hadisəsinin sxemindən və Bakı şəhəri DYPİ-nin protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində icbari sığorta növü ilə sığortalanmamış Cavabdeh idarə etdiyi “FORD FUSİON MİNİK” markalı, «**-LT-***» dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, 28 may küçəsi ərazisində hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus «**-JK-***» dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın yekun məbləği 267,11 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi xx.xx.2024-cü il tarixində icbari sığorta növü ilə sığortalanmamış Cavabdeh idarə etdiyi “FORD FUSİON MİNİK” markalı, «**-LT-***» dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, 28 may küçəsi ərazisində hərəkətdə olarkən manevr qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus «**-JK-***» dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın yekun məbləği 267,11 manat müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri, DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “FORD FUSİON MİNİK” markalı avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 267,11 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmişdir. Ona görə də İddiaçı MMC məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin hal-hazırda İddiaçı MMC-yə cəmi 267,11 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi 30,40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 267,11 manat dəymiş zərər və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 297,51 manat pul tutularaq İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 267,11 (iki yüz altmış yeddi manat on bir qəpik) manat dəymiş zərər və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 297,51 (iki yüz doxsan yeddi manat əlli bir qəpik) manat pul tutularaq İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar