Məhkəmə qərarları › İş №e-2(047)-200/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-200/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-200/2024 01.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh Əliyeva (Həsənova) Ləman Valeh qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Əliyeva (Həsənova) Ləman Valeh qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin idarə heyətinin sədri David Tsiklauri iddia tələbinin həcminin azladılması ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək göstərmişdir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Əliyeva (Həsənova) Ləman Valeh qızına qarşı borc tələbinə dair iddia qaldırılmış, lakin məhkəməyə iddia verilməmişdən əvvəl borclulardan biri olan Cavabdeh1 vəfat etdiyi müəyyən olunmuşdur. Ona görə də, iddia tələbinin həcmini azaldaraq cavabdeh Əliyeva (Həsənova) Ləman Valeh qızından 3063,11 manat əsas, 118,14 manat faiz və 47,17 manat cərimə, cəmi 3228,42 manat məbləğində borcun, həmçinin ödənilmiş 52,29 manat məbləğində dövlət rusumunun tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında mülki məhkəmə icraatına qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı vəziyyətdə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iş ərazi aidiyyəti qaydasında baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Əliyeva (Həsənova) Ləman Valeh qızı hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi ev 44 mənzil 65-də qeydiyyatdadır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə işi, əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı QSC-nin cavabdeh Əliyeva (Həsənova) Ləman Valeh qızına qarşı borc tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yer üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-nin 35.1, 44, 45, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı QSC-nin cavabdeh Əliyeva (Həsənova) Ləman Valeh qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflər rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar