Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-205/2025 04.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 176 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 165.042 (bir yüz altmış beş min qırx iki) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 209/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının B blokunda 59 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının B blokunda 59 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 176/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-S-21- 7222/2024 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 176 saylı kredit müqaviləsi üzrə cəmi borcu 233.141,49 manat təşkil edir. Bundan 132.848,58 manat əsas, 100.292,91 manat faiz borcu təşkil edir. Odur ki, xx.xx.2012-ci il tarixli 176 saylı kredit müqaviləsi üzrə cəmi 233.141,49 manat, bundan 132.848,58 manat əsas, 100.292,91 manat faiz, 524 manat dövlət rüsumu və 2,62 manat komissiya haqqının Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının B blokunda 59 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X2 və Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndələrinin onların iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh bütün məhkəmə iclaslarının vaxtı və yeri haqqında qanunla nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmiş, lakin o, göstərilən tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iştirak edə bilmədiyi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə Cavabdeh səhhəti ilə bağlı müvafiq subutları məhkəməyə təqdim etməməsini nəzərə alıb Cavabdeh qeyd edilən hərəkətini mülki məhkəmə icraatının yubandırılması kimi qiymətləndirib, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin də tələblərini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 176 nömrəli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, cavabdehə 180 ay müddətinə, 165042 manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 176/1 nömrəli ipoteka müqaviləsindən və "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 209/R nömrəli müqavilədən görünür ki, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Xətai rayonu Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının B blokunda 59 saylı mənzil ipotekaya qoyulmuş, lakin ipoteka notarial qaydada təsdiq edilməmiş, dövlət qeydiyyatına alınmamış və tərəflərin qarşılıqlı razılığına əsasən yaşayış sahəsi 165042 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 165042 manat məbləğində krediti hər ayın 28-də hissə-hissə olmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək ümumilikdə 319239 (üç yüz on doqquz min iki yüz otuz doqquz) manat məbləğində ödəməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 132848,58 manat, 100292,91 manat faiz borcu olmaqla, cəmi 233141,49 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 23 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə LPO banka ödənilməmiş 177.886,99 manat vaxtı keçmiş borcu mövcuddur. Bundan 77.884,19 manat məbləğində əsas borc, 100.002,80 manat isə faiz borcudur. Qeyd olunanlar nəzərə alınaraq 177.886,99 manat gecikdirilmiş borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi ilə öhdəliklərin vaxtında və lazımınca icra edilməməsi nəzərə alınaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcunun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehə bildirilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin 03 iyun 2025-ci il tarixli 9/1956 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli 176 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2024-cü il tarixə LPO İddiaçı ASC olan borcu ümumilikdə 241261,36 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 132.847,29 manat, faiz borcu üzrə 108.414,07 manatdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. . MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha b öyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 10.7-ci maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka qoyana mənsub olduğu və bu hüququ qeydə alan dövlət orqanı göstərilməlidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 11.6-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən ipoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən yaşayış evinin və çoxmənzilli evin tikintisi, habelə tikilməkdə olan çoxmənzilli evdəki mənzilin alınması üçün kredit verilərkən ipoteka müqaviləsində öhdəliyin başa çatdırılmamış tikinti ilə və ya çoxmənzilli evdəki mənzillə təmin olunması nəzərdə tutula bilər. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Həmin Qanunun 58.3-ci maddəsinə əsasən ipoteka predmeti olan yaşayış evinin və ya çoxmənzilli evin tikintisi tam başa çatdıqda qabaqcadan qeydə alınmış ipoteka bu Qanunun 11.7-ci maddəsinə uyğun olaraq öz hüquqi qüvvəsini saxlayır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 176 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə, 165042 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 176/1 nömrəli ipoteka müqaviləsinə və "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 209/R nömrəli müqaviləyə əsasən Cavabdeh sərəncamında olan Bakı şəhəri, Xətai rayonu Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının B blokunda yerləşən 59 saylı mənzil ipotekaya qoyulmuş, lakin ipoteka notarial qaydada təsdiq edilməmiş, dövlət qeydiyyatına alınmamış və tərəflərin qarşılıqlı razılığına əsasən yaşayış sahəsi 165042 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra kredit müqaviləsinə əsasən cavabdeh kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Daha sonra Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə 23 dekabr 2024-cü il tarixli bildiriş ünvanlanaraq Cavabdeh xx.xx.2024-cü il tarixinə LPO banka ödənilməmiş 177.886,99 manat vaxtı keçmiş borcunun mövcud olduğu, bundan 77.884,19 manat məbləğində əsas borc, 100.002,80 manat məbləğində isə faiz borcu olduğu qeyd edilərək 177.886,99 manat gecikdirilmiş borc məbləğinin 5 (beş) iş günü ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi ilə öhdəliklərin vaxtında və lazımınca icra edilməməsi nəzərə alınaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcunun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehə bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən iddiaçı məcbur olub belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən kredit borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası mərkəzinin 03 iyun 2025-ci il tarixli 9/1956 nömrəli ekspertiza rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli 176 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2024-cü il tarixə LPO İddiaçı ASC olan borcu ümumilikdə 241261,36 manat məbləğində müəyyən edilmiş, o cümlədən xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 132.847,29 manat, faiz borcu üzrə isə 108.414,07 manat təşkil etdiyi bildirilmiş və məhkəmə də qeyd edilən bu rəylə razılaşmışdır. Lakin müvafiq ekspert rəyində göstərilən faiz borcunun məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh qarşı irəli sürülən iddia ərizəsində göstərilən faiz borcunun məbləğindən çox olduğundan və məhkəmə də qeyd edilən iddia tələbindən kənara çıxmaqda haqlı olmadığından, eyni zamanda bildirişdə göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə ümumi formada xitam verilmədiyindən məhkəmə belə hesab edir ki, cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək olan 100.292,91 manat faiz borcu tutulmaldır. Bundan əlavə məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı irəli sürülən iddia tələbinin digər hissələri ilə bağlı onu da qeyd edir ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılarkən tərəflər arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən və icra edilməsi məcburi hesab edilən bir sıra hərəkətlər tam yerinə yetirlməmiş, yəni ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş, dövlət qeydiyyatına alınmamış, bundan başqa iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəlilməsinə dair bildiriş göndərilməmiş, eyni zamanda həmin qanunun digər tələblərinə də tam şəkildə riayət edilməmiş və bununla da iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissələri, həmçinin iddia tələbinin bu hissələri ilə bağlı olan digər hissələri, yəni satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi hissələri də təmin oluna bilməz. Bütün bu qeyd edilənlərə əsasən də məhkəmə iddia tələbinin qismən təmin edilməsini, yəni Cavabdeh əsas borc üzrə 132.847,29 (bir yüz otuz iki min səkkiz yüz qırx yeddi manat iyirmi doqquz qəpik) manat, faiz borcu üzrə 100.292,91 (bir yüz min iki yüz doxsan iki manat doxsan bir qəpik) manat, 2,62 (iki manat altmış iki qəpik) manat komissiya haqqı, cəmi 233.142,82 (iki yüz otuz üç min bir yüz qırx iki manat səksən iki qəpik) manat borc pulun, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 524 (beş yüz iyirmi dörd) mаnаt dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh əsas borc üzrə 132.847,29 (bir yüz otuz iki min səkkiz yüz qırx yeddi manat iyirmi doqquz qəpik) manat, faiz borcu üzrə 100.292,91 (bir yüz min iki yüz doxsan iki manat doxsan bir qəpik) manat, 2,62 (iki manat altmış iki qəpik) manat komissiya haqqı, cəmi 233.142,82 (iki yüz otuz üç min bir yüz qırx iki manat səksən iki qəpik) manat borc pul, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 524 (beş yüz iyirmi dörd) mаnаt dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1956 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı Cavabdeh 50 (əlli) manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 **********8501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 132.847,29 (bir yüz otuz iki min səkkiz yüz qırx yeddi manat iyirmi doqquz qəpik) manat, faiz borcu üzrə 100.292,91 (bir yüz min iki yüz doxsan iki manat doxsan bir qəpik) manat, 2,62 (iki manat altmış iki qəpik) manat komissiya haqqı, cəmi 233.142,82 (iki yüz otuz üç min bir yüz qırx iki manat səksən iki qəpik) manat borc pul, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 524 (beş yüz iyirmi dörd) mаnаt dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1956 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı Cavabdeh 50 (əlli) manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 **********8501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-205/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-205/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver