Məhkəmə qərarları › İş №e-2(047)-255/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-255/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-255/2024 21.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X6 vasitəsilə ona işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X2 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8.000 (səkkiz min) manat, 2019cu ilin noyabr ayının sonlarında 10.000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25.000 (iyirmi beş min) manat olmaqla X6 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43.000 (qrx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə ona xeyli miqdarda zıyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, baş vermiş bu hadisə ilə bağlı istər Bakı şəhəri Yasamal rayon Pİ-də, istərsə də həmin rayon məhkəməsində və apellyasiya instansiyasında müvafiq cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, cavabdehin onun qardaşı vasitəsilə ondan aldığı pul vəsaitləri nəticə etibarı ilə sonunda cavabdehin özündədir. Məhz bu əməlinə görə cavabdeh müvafiq məhkəmə hökmü ilə məhkum edilmişdir. Bu haqda Bakı Apellyasiya Məhkəməsinin hökmünü və Ali Məhkəmənin müvafiq qərarını iddia ərizəsinə əlavə etmişdir. Həmin hökmdə və qərarda bütün işin halları geniş şəkildə açıqlanmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən ondan aldadıb aldığı 43000 manat puldan yalnız hissə-hissə olaraq cəmisi bu vaxta kimi onun qardaşı vasitəsilə 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 (iyirmi doqquz min doqquz yüz iyirini beş) manat hissəsini cavabdeh bu günə kimi min bir bəhanə gətirərək ona geri qaytarmamışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-cü və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanasına İddiaçı iddia ərizəsinin surəti və məhkəmə bildirişləri göndərilmiş, lakin Cavabdeh məhkəməyə ərizələr göndərərək iddia tələbini qəbul etmədiyini bildiririb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Laçın rayon Güləbird kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)- 38/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmlərinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının məzmunlarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh X6 vasitəsilə İddiaçı 43000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə Cavabdeh bəraət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmış, Cavabdeh həmin epizod üzrə də təqsirli bilinmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh X5 qarşı 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2256/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏNnin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə ünvanladığı ərizəsinin məzmunundan və “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh İddiaçı məxsus 43000 manat pulu iddiaçının qardaşı X5 qaytardığından və bununla bağlı X3 notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizəsi olduğundan Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-800/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı 43000 manat pul aldığı öz təsdiqini tapmışdır. Bundan sonra qeyd edilən məbləğdən hissə-hissə olaraq hal-hazıradək Cavabdeh tərəfindən iddiaçının qardaşı X6 vasitəsilə İddiaçı cəmi 13075 manat hissəsi qismən olaraq qaytarılmış, lakin 29.925 manat hissəsini cavabdeh bu günə kimi iddiaçıya geri qaytarmamışdır. Bundan başqa Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası ƏNnin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəməyə ünvanladığı ərizədə X6 vasitəsilə İddiaçı aldığı 43000 manat pulu iddiaçının qardaşı X5 qaytardığını bildirərək bu barədə müvafiq olaraq notarial qaydada təsdiqlənmiş ərizəni məhkəməyə təqdim etsə də məhkəmə belə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs İddiaçı olduğundan qeyd edilən həmin məbləğ də, məhz bilavasitə İddiaçı qaytarılmalı idi. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı 29925 manat pulun və ödədiyi 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2256/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır ki, belə olan halda da məhkəmə bildirir ki, İddiaçı Cavabdeh qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 29925 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 180 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29925 manat maddi ziyan qismində pul və ödənilmiş 180 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pul və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar