Məhkəmə qərarları › İş №e-2(047)-312/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-312/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-312/2024 15.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, TL-EE000673408 və CL-000673408 nömrəli tam kart çərçivə və kredit müqavilələrinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 19,9 faiz dərəcəsi ilə 1800 manat və illik 24 faizlə 34 ay müddətinə 4500 manat məbləğində kreditlər verilmişdir. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh xx.xx.2022-ci il tarixli, TL-EE000673408 saylı kredit müqaviləsi üzrə banka 1724,27 manat əsas, 288 manat faiz və GL-000673408 saylı kredit müqaviləsi üzrə isə banka 4500 manat əsas, 911,20 manat faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, TL-EE000673408 saylı kredit müqaviləsi üzrə 1724,27 manat əsas, 288 manat faiz və GL-000673408 saylı kredit müqaviləsi üzrə 4500 manat əsas, 911,20 manat faiz, ümumilikdə 7423,47 manat borcun və ödənilmiş 94,64 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edib iddia tələbini qəbul edərək izahatında göstərdi ki, bankla onun arasında bağlanmış kredit müqavilələrinə əsasən ona bankdan hər iki müqavilə üzrə kredit verilmişdir. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcu yaranmışdır. O, hər iki müqavilə üzrə ümumilikdə 7423,47 manat iddia tələbini qəbul edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, TL-EE000673408 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 19,9 faizlə 48 ay müddətinə 1800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, GL-000673408 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 24 faizlə 34 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixə xx.xx.2022-ci il tarixli, TL-EE000673408 saylı kredit müqaviləsi üzrə 1724,27 manat əsas, 288 manat faiz və xx.xx.2022-ci il tarixli, GL-000673408 saylı kredit müqaviləsi üzrə 4500 manat əsas, 911,20 manat faiz, ümumilikdə 7423,47 manat borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 1724,27 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə hesablanmış və ödənilməmiş əsas borcu qismində 4500 manat məbləğində pul vəsaitinin və onlara hesablanmış faiz və cərimə borcunun 3 (üç) iş günü müddətində ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, TL- EE000673408 və CL-000673408 nömrəli tam kart çərçivə və kredit müqavilələrinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 19,9 faiz dərəcəsi ilə 1800 manat və illik 24 faizlə 34 ay müddətinə 4500 manat məbləğində kreditlər verilmişdir. Lakin müqavilələrə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdarlıqlar göndərilərək cavabdehdən xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 1724,27 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə hesablanmış və ödənilməmiş əsas borcu qismində 4500 manat məbləğində pul vəsaitinin və onlara hesablanmış faiz və cərimə borcunun 3 (üç) iş günü müddətində ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən xəbərdarlıqda göstərilən əsas və faiz borcu ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia tələbini qəbul edib onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh olundan "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixə hesablanmış xx.xx.2022-ci il tarixli, TL- EE000673408 saylı kredit müqaviləsi üzrə 1724,27 manat əsas, 288 manat faiz və xx.xx.2022-ci il tarixli, GL-000673408 saylı kredit müqaviləsi üzrə isə 4500 manat əsas, 911,20 manat faiz borcunun, ümumilikdə 7423,47 manat məbləğində borcun tutulması tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 94,64 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, TL- EE000673408 saylı tam kart müqaviləsi üzrə 1724,27 manat əsas, 288 manat faiz və xx.xx.2022-ci il tarixli, GL-000673408 saylı kredit müqaviləsi üzrə 4500 manat əsas, 911,20 manat faiz, ümumilikdə 7423,47 manat məbləğində borc pul və 94,64 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, TL-EE000673408 saylı tam kart müqaviləsi üzrə 1724,27 manat əsas, 288 manat faiz və xx.xx.2022-ci il tarixli, GL-000673408 saylı kredit müqaviləsi üzrə 4500 manat əsas, 911,20 manat faiz, ümumilikdə 7423,47 (yeddi min dörd yüz iyirmi üç manat qırx yeddi qəpik) manat məbləğində borc pul və 94,64 (doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar