Məhkəmə qərarları › İş №e-2(047)-313/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-313/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-313/2024 20.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №124582 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1010 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Şirvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X2 xx.xx.2024-cü ilədək banka xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş 499,94 manat əsas və 364,97 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə ödənilməmiş 7763,76 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27557/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, mərhum X2 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 499,94 manat əsas, 364,97 manat faiz, cəmi 864,91 manat və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas borc olmaqla ümumilikdə 8628,67 manat borcun və ödənilmiş 107,09 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək X2 miras qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 498,13 manat əsas borc və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 7763,76 manat əsas borc olmaqla ümumilikdə 8261,89 manat pul vəsaitin, həmçinin ödənilmiş 107,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, X3 illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsindən görünür ki, X3 illik 24 faizlə 48 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X2 vəfat etdiyi tarixə xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 498,13 manat əsas və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas, ümumilikdə 8261,89 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı tam kart çərçivə və kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində nağd və 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində pul vəsaitinin və onlara hesablanmış faiz və cərimə borcunun 3 (üç) iş günü müddətində ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, 8 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 322 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X2 adına vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsəsi Cavabdeh tanınaraq ona xx.xx.2021-ci il tarixdə 2V-411 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş “X4-Sənaye” QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “X4-Sənaye” QSC tərəfindən X3 ödənilməli olan 2585,30 manat pul vəsaiti onun vərəsəsi Cavabdeh birdəfəlik şəkildə ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-nin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********21 №-li və xx.xx.2020-ci il tarixli, BPM**********30 №-li tam kart çərçivə və kredit müqavilələrinə əsasən bank tərəfindən Yaqub Qarayevə 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 8000 manat məbləğində nağd və 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kart krediti verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditlərin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bundan sonra Bakı şəhəri, 8 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 322 nömrəli məktubuna əsasən mərhum X2 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi Cavabdeh tanınaraq ona xx.xx.2021-ci il tarixdə 2V-411 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bununla da o, mərhumdan qalan miras əmlakını qəbul etmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən bank tərəfindən X2 banka olan borcu onun qanun üzrə vərəsəsi Cavabdeh tələb olunsa da cavabdeh bu günədək mərhum X2 banka olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub mərhum X2 qanun üzrə vərəsəsi Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də mərhum X2 vəfat etdiyi tarixə banka iddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 498,13 manat əsas və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas, ümumilikdə 8261,89 manat məbləğində borcu qaldığından X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 498,13 manat əsas və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas, ümumilikdə 8261,89 manat məbləğində borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, mərhum X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 498,13 manat əsas və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas, ümumilikdə 8261,89 manat məbləğində borc pul və 107,09 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2020-ci il tarixli, BPM**********21 saylı tam kart çərçivə müqaviləsi üzrə 498,13 manat əsas və xx.xx.2020-ci il tarixli, BPM**********30 saylı kredit müqaviləsi üzrə isə 7763,76 manat əsas, ümumilikdə 8261,89 (səkkiz min iki yüz altmış bir manat səksən doqquz qəpik) manat məbləğində borc pul və 107,09 (bir yüz yeddi manat doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar