Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-370/2024 22.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMQBKT Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMQBKT-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, **********2026 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 01 faizlə 60 ay müddətinə 6588,17 manat, xx.xx.2019-cu il tarixli, **********2039 saylı digər bir kredit müqaviləsinə əsasən isə illik 01 faizlə 60 ay müddətinə 3749,83 manat kreditlər verilmişdir. xx.xx.2019-cu il tarixli, **********2026 saylı və xx.xx.2019-cu il tarixli, **********2039 saylı kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı MMQBKT arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu Cavabdeh2 müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********2026 saylı kredit müqaviləsi üzrə MMQBKT-na 5470,01 manat əsas, 5,32 manat faiz və xx.xx.2019-cu il tarixli, **********2039 saylı kredit müqaviləsi üzrə isə 3012,02 manat əsas, 3,04 manat faiz borcu vardır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********2026 saylı kredit müqaviləsi üzrə 5470,01 manat əsas, 5,32 manat faiz, cəmi 5475,33 manat və xx.xx.2019-cu il tarixli, **********2039 saylı digər bir kredit müqaviləsi üzrə isə 3012,02 manat əsas, 3,04 manat faiz, cəmi 3015,06 manat borcun və ödənilmiş 104,91 manat dövlət rüsumunun tutulub İddiaçı MMQBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMQBKT-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı MMQBKT ilə onun arasında bağlanmış kredit müqavilələrinə əsasən ona hər iki müqavilə üzrə kredit verilmişdir. Lakin o, hər iki müqavilə üzrə hər ay 50 manat ödəniş etmiş, maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da MMQBKT-na borcu yaranmışdır. O, hər iki müqavilə üzrə iddia tələbini qəbul edir. Lakin qeyd edilən borc məbləğini hissə-hissə ödəməyə imkanı çatır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə olan digər Cavabdeh1 isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********2026 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 6588,17 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2026 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********2039 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 3749,83 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2039 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixə **********2026 saylı güzəştli kredit müqaviləsi üzrə 5470,01 manat əsas, 5,32 manat faiz, cəmi 5475,33 manat və xx.xx.2019-cu il tarixli, **********2039 saylı güzəştli kredit müqaviləsi üzrə isə 3012,02 manat əsas, 3,04 manat faiz, cəmi 3015,06 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Finca Azerbaijan» MMQBKT tərəfindən xx.xx.2019-cu il tarixli, **********2026 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 6588,17 manat, xx.xx.2019-cu il tarixli, **********2039 saylı digər bir güzəştli kredit müqaviləsinə əsasən isə illik 1 faizlə 60 ay müddətinə 3749,83 manat kredit verilmişdir. Hər iki müqavilənin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı MMQBKT arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi və kredit müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmamış, ona görə də tərəflər arasında mövcud olan kredit müqaviləsinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verilmədiyi, yəni həmin kredit müqaviləsinin ləğvi müqavilələrin ləğvinin ümumi formasında həyata keçirilmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMQBKT-na olan faiz borcunun hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarının tarixinədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı MMQBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMQBKT-nın xeyrinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarının tarixinə, yəni xx.xx.2024-cü il tarixədək **********2026 saylı kredit müqaviləsi üzrə 5470,01 manat əsas, 5,32 manat faiz və **********2039 saylı digər bir kredit müqaviləsi üzrə isə 3012,02 manat əsas, 3,04 manat faiz məbləğində borcun tutulması tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 104,91 manat dövlət rusumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********2026 saylı kredit müqaviləsi üzrə 5470,01 manat əsas, 5,32 manat faiz, cəmi 5475,33 manat və xx.xx.2019-cu il tarixli, **********2039 saylı kredit müqaviləsi üzrə 3012,02 manat əsas, 3,04 manat faiz, cəmi 3015,06 manat, ümumilikdə 8490,39 manat borc pul və 104,91 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMQBKT-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********2026 saylı kredit müqaviləsi üzrə 5470,01 manat əsas, 5,32 manat faiz, cəmi 5475,33 manat və xx.xx.2019-cu il tarixli, **********2039 saylı digər bir kredit müqaviləsi üzrə isə 3012,02 manat əsas, 3,04 manat faiz, cəmi 3015,06 manat, ümumilikdə 8490,39 (səkkiz min dörd yüz doxsan manat otuz doqquz qəpik) manat borc pul və 104,91 (bir yüz dörd manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMQBKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-370/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-370/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver