Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-41/2025 03.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Nissan Note markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə 18 iyun 2024-cü il tarixdə Bakı şəhəri Buzovna- Maştağa yolunda hərəkətdə olarkən Cavabdeh “KHAZAR MİNİK” markalı, **-NF-*** qeydiyyat nişanlı avtomobillə onun maşınınının arxa tərəfini vurmuşdur. Cavabdeh hadisə zamanı öz avtomobilindən enmiş və onunla söhbət aparmışdır. O, həmin vaxt yol polisinə hadisə barədə məlumat vermiş, lakin cavabdeh yol polisinin hadisə yerinə gəlməsini gözləməmiş və dostunun maşınına əyləşərək hadisə yerini tərk etmişdir. Diqqətə çatdırır ki, cavabdeh “KHAZAR MİNİK” markalı, **-NF-*** qeydiyyat nişanlı avtomobili ona avtomobili idarə etmək üçün verilən etibarnamə olmadan idarə etmişdir, həmçinin həmin avtomobilin icbari sığortası olmadığından sığorta şirkəti ona dəymiş zərəri ödəməmişdir. Hadisədən sonra dəfələrlə Cavabdeh ilə əlaqə saxlamış, ona vurduğu zərəri ödəməsini tələb etmiş, lakin cavabdeh onu hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Həmçinin Bakı şəhəri DYPİ-nin polis leytenantı X2 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat apanlan Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, İXP6376557 nömrəli protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən qəza nəticəsində ona məxsus olan **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulmuşdur ki, bununla da onun qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Ona məxsus **-XX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün servis mərkəzinə müraciət etmiş, müraciəti əsasında 42 nömrəli qüsur aktı tərtib edilmiş və avtomobilə dəymiş zərərin ümumi məbləği 905 manat hesablanmışdır. Hesab edir ki, cavabdehin hərəkəti nəticəsində ona məxsus olan **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 905 manat məbləğində ziyan Cavabdeh tutularaq ona ödənilməlidir. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 905 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı məhkəməyə ərizə göndərərək ekspert rəyi ilə razı olduğunu bildirib məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BB424021 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Note” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “Nissan Note” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. İş materiallarına əlavə edilmiş qusur aktından görünür ki, İddiaçı mülkiyyətində olan “Nissan Note” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 905 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9417 nömrəli rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Nissan Note” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 655 manat olması müəyyən edilmişdir. O cümlədən dəyişdirilməli hissələrinin qiyməti 355 manat, təmir-bərpa işlərinin qiyməti isə 300 manat. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və yol nəqliyyat hadisəsi nəticəsində “KHAZAR MİNİK” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı cavabdehə məxsus avtomobillə iddiaçıya məxsus olan “Nissan Note” minik markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “KHAZAR MİNİK” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra müvafiq qusur aktına əsasən, İddiaçı mülkiyyətində olan “Nissan Note” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 905 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək dəymiş 905 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “Nissan Note” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə 655 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Bundan başqa İddiaçı məhkəməyə ünvanladığı ərizədə həmin ekspert rəyi ilə razılaşdığını da bildirmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 655 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 655 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30,40 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 655 (altı yüz əlli beş) manat dəymiş ziyan və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9417 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000 **********88501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 655 (altı yüz əlli beş) manat məbləğində dəymiş ziyan və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9417 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 **********8501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-41/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-41/2025
03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver