Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-485/2025 27.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Şamkənd kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan X2 illik 11,90 faiz olmaqla 12 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin borclu X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhəri 34 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, x/o 411/24 saylı məktubuna əsasən X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2024cü il tarixli 2V-61 nömrəli hüquq haqqında şəhadətnamə verilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisi olması anlamına gəlir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışa əsasən X1 banka ödənilməmiş 747,72 manat əsas, vəfat etdiyi tarixə 3,91 manat faiz və 0,01 manat cərimə borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, borcalan X1 vərəsəsi Cavabdeh 747,72 manat əsas, 3,91 manat faiz və 0,01 manat cərimə olmaqla cəmi 751,64 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borcalan X2 12 ay müddətinə illik 11,9 faizlə 1100 manat məbləğində verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 34 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, x/o 411/24 saylı məktubundan görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2024-cü il tarixli 2V-61 nömrəli hüquq haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X1 banka ödənilməmiş 747,72 manat əsas, vəfat etdiyi tarixə 3,91 manat faiz və 0,01 manat cərimə məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdeh X1 mirası qəbul etmiş qanuni vərəsəsi Cavabdeh borcunu 3 (üç) gün müddətində ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmiş, əks halda isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-nin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-nin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan X2 12 ay müddətinə illik 11,9 faizlə 1100 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bundan sonra Bakı şəhəri 34 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, x/o 411/24 saylı məktubuna əsasən X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2024-cü il tarixli 2V-61 nömrəli hüquq haqqında şəhadətnamə verilmiş və bununla da o, mərhumdan qalan miras əmlakını qəbul etmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən bank tərəfindən X1 banka olan borcu onun qanun üzrə vərəsəsi Cavabdeh tələb olunsa da cavabdeh bu günədək mərhum X1 banka olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub mərhum X1 qanun üzrə vərəsəsi Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də xx.xx.2023-cü il tarixli müqavilə üzrə mərhum X1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən 747,72 manat əsas, vəfat etdiyi tarixə 3,91 manat faiz və 0,01 manat cərimə olmaqla, cəmi 751,64 manat məbləğində borcu qaldığından X1 qanun üzrə vərəsəsi Cavabdeh həmin borcun qəbul olunmuş miras aktivinin həddini aşmamaqla iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırıması üçün iddiaçının ödədiyi 30,40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla 747,72 manat əsas, vəfat etdiyi tarixə 3,91 manat faiz və 0,01 manat cərimə olmaqla, cəmi 751,64 manat məbləğində borc pul, həmçinin 30,40 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. X1 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 747,72 manat əsas, vəfat etdiyi tarixə 3,91 manat faiz və 0,01 manat cərimə olmaqla, cəmi 751,64 (yeddi yüz əlli bir manat altmış dörd qəpik) manat məbləğində borc pul, həmçinin 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-485/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-485/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver